VAKANSİYA

18 Noyabr

Ziraat Bank Azərbaycan” işçi axtarır – VAKANSİYA

“Ziraat Bank Azərbaycan” ASC Maliyyə Departamentinə Aparıcı mütəxəssis vəzifəsinə işə dəvət edir.

Vəzifəyə olan tələblər:

• Ali iqtisadi təhsil;
• Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması;
• Maliyyə sahəsində 3 il iş təcrübəsi;
• ACCA və ya CIMA sertifikasiyasının olması. ACCA F2, (MA), F3 (FA), sertifikatlarının olması və ya adıçəkilən kitabların məzmununu əla səviyyədə bilmək;
• MS Office proqramlarını (xüsusi ilə MS Excel) bilmək və işində istifadəsini təmin etmək;
• SQL (ilkin səviyyədə) biliklərinə malik olması;
• Azərbaycan dili (əla səviyyədə), ingilis dili (orta səviyyədə) biliklərinə malik olması;
• Yüksək səviyyədə məntiq və riyazi bilik;
• Analitik düşünmə qabillyyəti və yaranmış problemlərin həll etmə bacarığının olması.

Vəzifə öhdəlikləri:

• Həm kənar, həm daxili istifadəçilər üçün bank haqqında maliyyə məlumatlarını əks etdirən hesabat və təqdimatların hazırlanması;
• Bankın büdcə prosesində aktiv iştirak edərək ilkin iqtisadi təhlilin edilməsi;
• Büdcə prosesini koordinasiya edərək məlumatların konsolidasiyası;
• Mənfəətlik və effektivlik təhlillərinin (proseslər, məhsullar, gəlir-xərc mərkəzləri) həyata keçirilməsi və təkliflərin verilməsi;
• Bankın fərdi performans dəyərləndirmə (KPI) sisteminin meyarlarınının müəyyənləşdirilməsi, və sistemin əlaqədar struktur bölmələri ilə birlikdə koordinasiyalı təşkil edilməsi və icra edilməsi;
• Kənar audit yoxlamasının bütün mərhələlərində, eləcə də BMHS üzrə maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək.

Göstərilən tələblərə cavab verən namizədlər Dekabr ayının 20-dək öz CV formalarını [email protected] elektron ünvanına təqdim etməlidirlər. Müraciət məktubunun mövzu hissəsində “Hesabatlıq üzrə aparıcı mütəxəssis” qeyd etməyiniz vacibdir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.