VAKANSİYA

16 Noyabr

\"Ferrum Capital\" işçi axtarır – VAKANSİYA

 Ferrum Capital MMC Proqramlaşdırma üzrə baş mütəxəssis vakansiyasını elan edir.

Vəzifə öhdəlikləri:

• Mövcud proqram təminatının təkmilləşdirilməsi
• Komanda şəklində tələblərə uyğun yeni proqram təminatlarının hazırlanması
• Digər proqramlarla inteqrasiyanın həyata keçirilməsi

İş qrafiki

• Bazarertəsi – Cümə: 10:00 – 19:00
• Şənbə: 10:00 – 14:00
• Əlverişli iş mühitində çalışmaq imkanı
• Karyera və inkişaf perspektivləri

Namizədə tələblər:

• İngilis dili biliyi
• Back-end üzrə minimum 1 il iş təcrübəsi
• PHP, Laravel və React təcrübəsi ilə optimallaşdırılmış kod yazmaq
• WordPress plugin yazma və var olan temaların inkişafına dair kod yazmaq
• Verilənlər bazası (My-SQL Server) təcrübəsi olan və SQL sorğuları yazmaq üzrə biliklər
• Analitik qabiliyyət

Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini mövzu hissəsində “Proqramlaşdırma üzrə baş mütəxəssis” qeyd etməklə [email protected] e-mail ünvanına göndərmələri xahiş olunur