Struktur: Pərakəndə biznes məhsullarının Satışı departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədrinin müavini / Pərakəndə bankçılıq idarəsi üzrə baş direktor
Vəzifə öhdəlikləri:
- Bankın strategiyası (Strateji Pərakəndə Satış Planı), habelə Bаnk rəhbərliyinin Departamentin fəаliyyətinə dаir qərаr və lаyihələri ilə işləyir;
- Öz səlаhiyyətinə аid məsələlərlə bağlı Bаnkın аdındаn yаzışmаlаr аpаrır və Bankı üçüncü şəxslər qarşısında təmsil edir;
- Departament qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə Bankın digər struktur bölmələri ilə qaşılıqlı əməkdaşlığının təşkil edir;
- Bаnкın Pərakəndə biznes satışının inкişаfınа təsir göstərən qərаrlаrın qəbul оlunmаsı barədə təkliflər verir;
- Departament daxilində olan bütün şöbələrin işini təşkil və nəzarət edir;
- Bankın kredit, qeyri-kredit və bank kartları məhsulların satışını, partnerlarla işi təşkil edir;
- Pərakəndə biznes məhsullarının satışı üzrə filialların fəaliyyətinə funksional rəhbərlik edir;
- Pərakəndə biznes müştərilərə xidmət üzrə Bankın satış nöqtələri şəbəkəsinin inkişaf etdirilməsində iştirak edir;
- Normativ aktlar və Bankın inzibati sənədlərinə əsasən verilmiş səlahiyyətlər cərçivəsində fəaliyyət göstərir;
- Pərakəndə Biznes Məhsullarının Satışı Departamentinin inkişaf strategiyası, qısamüddətli və uzunmüddətli perspektivdə prioritetləri, departamentin fəaliyyətinin kəmiyyət göstəriciləri və büdcəsinin planlaşdırılması üzrə təklifləri hazırlayır;
- Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi, Pərakəndə biznes məhsullarının Satışı departamentinin və ümumilikdə Bankın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
- Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
- Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların, əmək intizamına, davamiyyətinə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;Departament daxili bütün şöbələrin müdirlərinin vəzifə öhdəliklərini Departament daxilində olan bütün şöbələrin nəticəsi barədə İdarə Heyyətinin Sədrinin müavininə - kuratora hesabat verir;.
- İdarə Heyəti qarşısında hesabatları təqdim edir;
Tələblər:
- Bankın dəyərlərinə uyğun işlərin təşkili;
- Ali təhsil;
- Bank sektorunda zəruri minimum iş təcrübəsi 5 il, pərakəndə satış istiqamətində ən azı 3 il rəhbərlik təcrübəsi ;
- AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
- AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik;
- Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
- Microsoft office, bank və digər xüsusi proqramların istismarıStrukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
- Xarici dil bilməsinə üstünlük verilir (rus dili - yaxşı, inglis dili-arzuolunandır)
- Yüksək dərəcədə analitik qabiliyyət;
- Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
- Məsuliyyət;
- Nəticə əldə etməyə meyl;
- Stressə davamlılıq
Siz elektron poçtun “mövzu” yerinə “Direktor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.