VAKANSİYA

13 Noyabr

\"PAŞA Bank\" işçi axtarır – VAKANSİYA

Ölkənin ən böyük korporativ bankı olan PAŞA Bank komandasına qoşulmaq üçün Təşkilati Risklərin İdarə Edilməsi üzrə Mütəxəssis pozisiyasına namizədlərin axtarışını elan edir.

Vəzifənin məqsədi

Təşkilati və Qeyri-Maliyyə Risklərinin aşkarlanması, qiymətləndirilməsi, ölçülməsi və qərarların qəbul edilməsinə cavabdehlik. Təşkilati və Qeyri-Maliyyə Riskləri çərçivəsinin təkmilləşdirilməsi üçün zəruri layihələrin aparılması və fəaliyyətlərdə iştirak.

Vəzifə öhdəlikləri

• Bütün səviyyələrdə bank üçün xarakterik risklərə məruz qalma dərəcəsinin müəyyən edilməsi, ölçülməsi, monitorinqi və nəzarətdə saxlanması
• Bank üzrə risk mədəniyyətinin ölçülməsi, monitorinqi və aktiv idarə edilməsi (1-ci müdafiə səviyyəsi ilə iş)
• Təşkilati risklərinin idarə olunması üzrə daxili qaydalar, proseslər və digər normativ sənədlərin hazırlanması, dəstəklənməsi və onların yerinə yetirilməsi
• Bankdaxili səlahiyyətlərin idarə edilməsinə nəzarət edilməsi
• Bankın müvafiq funksiyaları üçün zəruri tədrisin təmin edilməsi/Risk mədəniyyətinin inkişaf etdirilməsi
• Bank üzrə təşkilati itkiləri bazasının toplanması, ssenari modelləşdirməsinə və stress testlərin keçirilməsinə nəzarət edilməsi
• Təşkilati riski iştahasının və hədlərinin müəyyənləşdirilməsində iştirak etdilməsi və monitorinq edilməsi, müvafiq bizneslərə onlar barədə məlumatın çatdırılması
• Dövri hesabatlığın hazırlanması

Tələb olunan bilik, bacarıq və təcrübə

• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə bakalavr dərəcəsi.
• İş təcrübəsi: Risk, audit, daxili nəzarət və ya müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) və FRM (Maliyyə Risklərinin İdarə Edilməsi) üzrə sertifikata üstünlük verilir
• Xarici dil: İngilis dili (səlis)
• Kompüter bilikləri: Microsoft Office

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Təşkilati Risklərin İdarə edilməsi üzrə Mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.