“Azerikard” MMC Azərbaycanda MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB Beynəlxalq Ödəmə Sistemləri tərəfindən tamamilə sertifikatlaşdırılmış ilk prosessinq mərkəzidir. Hal-hazırda şirkətimizdə aktiv vakansiya mövcuddur: Proqram həllərinin tətbiqi və inzibatçılığı üzrə mütəxəssis.
Öhdəliklər:
• Proqram təminatçısı ilə əlaqə çərçivəsində müxtəlif platformalara əsaslanan ixtisaslaşdırılmış proqram təminatının tətbiqi və uyğunlaşdırılması;
• Tətbiq olunan proqram təminatının inzibatçılığı, fasiləsiz işin, yeniləmələrin vaxtında quraşdırılmasını təmini edilməsi;
• Proqram təminatın müşayiət sənədlərinin paketini toplamaq, mütamadı olaraq yeniləmək və aktual versiyada saxlamaq;
• Təlimat kitabçasının hazırlanması və dəstək xidmətlərinə təlim keçirilməsi, tətbiq olunan məhsullar üzrə qeyri-standart problemlərin həllində dəstək;
• Tətbiq olunan həllərin imkanları barədə məsləhət vermək;
Tələblər:
• Ali təhsil, texniki təhsilə üstünlük verilir;
• İT şirkətlərdə 3 ildən az olmayan iş təcrübəsi;
• Üstünlük - bank sektorunda, İT şirkətlərində təcrübəsi olan namizədlər;
• "Unix based "sistemlər ilə təcrübə, yeni sistemlərin tətbiqi və konfiqurasiyası;
• Application serverləri ilə və web-server (Apache Tomcat, Nginx, Jboss) ilə işləmə təcrübəsi;
• Proqram təminatının hazırlanmasının əsas prinsiplərini başa düşmək;
• İstənilən proqramlaşdırma dili bilikləri, shell skriptlərinin yazılması ilə təcrübə arzuolunandır;
• SQL bilikləri arzuolunandır;
• Kart ödəmə sistemlərinin iş prinsiplərini bilmək arzuolunandır;
• Stress altında işləmək;
• Təşkilatçılıq və komanda ilə işləmə bacarığı;
• Dözümlülük, diqqətlilik, məsuliyyətlilik.
Müraciət edən namizədlərdən CV-lərini "Proqram həllərinin tətbiqi və inzibatçılığı üzrə mütəxəssis" mövzusu ilə [email protected] ünvanına göndərməyi xahiş olunur.