VAKANSİYA

13 Noyabr

"Veysəloğlu" işçi axtarır – VAKANSİYA

Veysəloğlu Hüquqşünas (Korporativ sahə üzrə) vəzifəsinə işçi axtarır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Hüquq sahəsində 3 ilə qədər iş təcrübəsi
Təhsil: Ali hüquqi təhsil
Yaş həddi: 25 - 35 yaş

İşin Təsviri: Struktur bölmələrin sifarişinə əsasən hər növ müqavilələrin, onlara əlavə və dəyişikliklərin Azərbaycan Respublikasının qanunvericiliyinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn müddəalara uyğun tərtibi, hüquqi təhlilin aparılması və hüquqi rəyin bildirilməsi.

Vəzifə öhdəlikləri:

- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi, müqavilələrin analiz edilməsi, risklərin qiymətləndirilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Struktur bölmələrin təşkil etdiyi müqavilələrin hazırlanması ilə bağlı zəruri görüş və danışıqlarda iştirak edilməsi;
- Müqavilənin rəsmiləşdirilməsi və analizi prosesində aşkarlanan çatışmazlıqların qeydiyyatının aparılması və onların aradan qaldırılması üçün müvafiq təkliflərin verilməsi;
- Əmək qanunvericiliyi ilə bağlı müraciətlərə ilkin məsləhətlərin verilməsi;
- Təyin edilmiş müddət çərçivəsində görülən işlər barədə hesabatların hazırlanması.
Tələblər:
- Azərbaycan Respublikasının qanunlarını, mülki, mülki prosessual, inzibati və inzibati prosessual qanunvericiliyi, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yüksək yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office kompüter proqramından sərbəst istifadə etmək bacarığı;
- Korporativ sahə üzrə iş təcrübəsi olmalıdır.

Əmək haqqı: Müsahibə əsasında təyin olunur.

Təminatlar:

- İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
- Nahar ilə təmin edilmə.

İş qrafiki: 5 günlük

Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını - “Hüquqşünas” yazaraq CV göndərməklə müraciət edilir.