VAKANSİYA

09 Noyabr

"AS Group İnvestment" işçi axtarır – VAKANSİYA

AS Group İnvestment Planlama mühəndisi üzrə işçi axtarır.

Vəzifə təlimatları:

• Layihələrin planlaşdırılması (layihələrin ana və detallı iş qrafiklərinin hazırlanması);
• Layihə xüsusiyyətlərini anlamaq və onlara cavab verən vaxt cədvəlləri və büdcələr hazırlamaq;
• Plan üzrə nəzərdə tutulmuş işlərdə gecikmələrin analizi;
• Gecikmələrin səbəblərinin müəyyən edilməsi və bu səbəblərin aradan qaldırılması üçün İnşaat mühəndisləri ilə müzakirə aparmaq, gecikən işləri yenidən planlamaq;
• Səmərəlilik üzrə qiymətləndirmə, proqnozlaşdırma, işlərin planlaşdırılmış büdcə və vaxt ərzində reallaşması ehtimalının qiymətləndirilməsi;
• Ən sərfəli qiymətləri təmin etmək məqsədi ilə satıcılar və podratçılar ilə danışıqların aparılması;
• İş cədvəlinin tərtib olunması və bütövlükdə layihəni əhatə edən günlük/həftəlik/aylıq hesabatların vasitəsi ilə layihələrin vaxtında icra olunmasına nəzarətin edilməsi;
• Həftəlik və aylıq hesabata əsasən inkişaf proqramının hazırlanması və Primavera P6 proqramına daxil edilməsi və yenilənməsi;
• Layihənin material, maşın-mexanizm, işçilik ehtiyaclarını müəyyən etmək, ehtiyac hesabatlarını hazırlanmaq və icrasına birbaşa nəzarət etmək

Tələblər:

• Ali təhsil (İnşaat mühəndisliyi);
• Planlama Mühəndisi olaraq inşaat sahəsində ən az 8 il iş təcrübəsi;
• Azərbaycan və İngilis dil bilikləri (Rus dilini bilən namizədə üstünlük verilir)
• Autocad, Primavera P6 və MS Office proqramları üzrə peşəkar biliklər
• Layihə nəzarəti sənədlərini şərh etmək və beynəlxalq sənaye standartlarına uyğun olaraq planlaşdırma / hesabat sənədlərini hazırlamaq bacarığı.
• Mühəndislik, tədarük, istehsal, tikinti və sistemlərin tamamlanması planlaşdırma prosesləri, planlaşdırma vasitələri və layihə idarəetməsi və nəzarət üsulları barədə məlumat
• İşgüzar səfərlərə getmək imkanı

Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “Planlama mühəndisi” yazmaqla [email protected] mail ünvanına göndərmələri xahiş olunur.