VAKANSİYA

04 Noyabr

“AzəriMed“ işçi axtarır – VAKANSİYA

“AzəriMed“ QSC geniş profilli şəbəkə şirkəti Bakı şəhərində yerləşən Aptekləri üçün aşağıdakı tələblərə uyğun - dərman preparatları və tibbi ləvazimatların satışı prosesini həyata keçirən “Əczaçı” əməkdaşlar axtarışındadır.

Vəzifə öhdəlikləri:

• Müştərilərə məhsulun seçimində köməklik göstərilməsi
• Dərman preparatları və tibbi ləvazimatların satışı prosesinin həyata keçirilməsi
• Aptekə gələn malların yoxlanılması, tərkiblərinə uyğun tələb olunan qaydada yerləşdirilməsi;
• Dərmanların saxlanılma şəraitinə mütəmadi olaraq diqqət edilməsi
• Məhsulların yararlılıq müddətinə, qalıq sayına nəzarət edilməsi
• Sifarişin dəqiq və vaxtında yerinə yetirilməsi

Tələblər:

• Tibb təhsili (Ali və ya orta ixtisas);
• Müvafiq sahədə iş təcrübəsi üstünlükdür (Tələbələrə təcrübə imkanları yaradılır)
• Azərbaycan dilini əla səviyyədə bilməli, rus dilini bilməsi arzu olunandır;
• Ms Office proqramlarını bilməsi arzu olunandır;

Şəxsi keyfiyyətlər:

• Yüksək səviyyədə kommunikasiya bacarığı;
• Stres altında işləmək bacarığı;
• Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalıdır.

İş şəraiti:

• İş qrafiki: 3 növbə(09:00-16:00; 16:00-23:00; gecə növbəsi)
• Əmək haqqı: 300-350 AZN, əlavə olaraq satışdan bonus.

Üstünlüklərimiz:

• İşçilər Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən rəsmi qeydiyyata alınır.
• Şirkətdə karyera yüksəlişi və müxtəlif perspektivlər mövcuddur.
• Şirkət daxilində farmokoloji biliklərin inkişafı məqsədilə təlimlər və xidmət texnikalarının yüksəldilməsi üçün treninqlər keçirilir.
•Tələbələrə təcrübə imkanları yaradılır.

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Əczaçı” qeyd edərək CV formasını [email protected] elektron ünvanına göndərməyiniz xahiş olunur.

Əlaqə nömrəsi: 055 455 84 04