VAKANSİYA

04 Noyabr

"NORM" işçi axtarır – VAKANSİYA

Norm Sement zavodu  Anbar işləri üzrə məmur vəzifəsinə işçi axtarır..

Tələblər:

• Orta texniki təhsil
• Anbar sahəsi üzrə azı 1 il iş təcrübəsi
• Azərbaycan və ingilis dillərini peşəsinin tələb etdiyi səviyyədə bilmək
• MS Office komputer proqramı üzrə bacarıqlar
• SAP və ya digər MRP proqramı üzrə biliklər

Tələb olunan kompetensiyalar:

• Müştəriyönümlülük;
• Davamlı inkişaf;
• Bütövlük;
• Əməyin mühafizəsi və təhlükəsizliyi qaydalarından xəbərdar olma

Vəzifə və Öhdəliklər:

• Şirkətin anbarında malların qəbulu
• Şirkətin anbarından malların verilməsi
• Qəbul prosesində malların yoxlanılması
• Anbarda malların saxlanılması üçün məkanın təşkil olunması
• Sorğuya cavab olaraq mal-materialların daxil olması barədə məlumat vermək
• Mal-materialların keyfiyyətinin, miqdarının və ümumi vəziyyətinin yoxlanması və zəruri sənədləşmənin aparılması
• Birbaşa rəhbərin verdiyi bütün digər tapşırıqlarının yerinə yetirilməsi
• Daxili və qrup siyasət və prosedur qaydalarına əməl edilməsi

CV-ləri müraciət etdiyiniz vəzifənin adını məktubun mövzu xanasında qeyd etməklə [email protected] ünvanına göndərməyiniz xahiş olunur.

Fayl adı uyğun olmayan və müraciət edilən vəzifənin adı qeyd olunmayan CV-lərə baxılmayacaqdır.

Son Müraciət Tarixi: 09.11.2020