“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinə Buraxılış koordinatoru vakansiyası elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Peşəkar kollektivdə çalışmaq imkanı;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat;
Görəcəyiniz işlər:
- Bütün tətbiqetmələr üçün buraxılış cədvəllərinin hazırlanması və maraqlı tərəflərlə paylaşılması
- Buraxılış keçişlərinin kordinasiyasının təmin olunması
- Məhsul sahibləri və Teklidlə birlikdə buraxılış paketlərinin məzmununa qərar verib, gedişatın izlənilməsi
- Bütün biznes tərəfdaşları və rəhbərlik arasında koordinasiyanın təmin edilməsi
- Müntəzəm fasilələrlə buraxılış hesabatlarının göndərilməsi
- Buraxılışı planlaşdırılan bütün tətbiqetmələrin funksional, yük, performans, təhlükəsizlik və reqressiya testlərinin təmin olunması
- Buraxılışların KPİ-larının yaradılması, monitorinqi və inkişaf etdirilməsi
- Tələblərdə dəyişikliklərin izllənilməsi və onların xaricdən asılı məhsul versiyalarına təsirinin müəyyən olunması
- Yerləşdirmə üçün ssenari və avtomatlaşdırma vasitələrinin hazırlanması, proqram versiyalarının müxtəlif platformalarda yerləşdirilməsi və inteqrasiyası.
Bizim üçün ideal namizəd:
Qeyd olunan istiqamətlər üzrə yüksək bilik və peşəkar təcrübəyə sahib olmalıdır:
- SDLC İnformasiya və Yetkinlik Səviyyə Modellərində (SDLC Information and Maturity Level Models ) təcrübə (CMMi, Prince2, PMI, COBIT, ITIL və s..)
- Prosses analizi, Proqram təminatı, testləşdirmə, planlama və hesabatlılıq sahəsində təcrübə
- Devops və Agile haqqında məlumatlılıq
- Test avtomatlaşdırılması və Versiya İdarəetmə Texnologiyaları və vasitələri haqqında bilgilər
- Dəyişiklik və Xidmət menecmenti haqqında məlumatlılıq
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Buraxılış kordinatoru” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az