Novas Home Kateqoriya meneceri – (Qeyri-qida üzrə) vəzifəsinə işçi axtarır.
Tələblər
• Ali təhsilli olmalı;
• Uyğun sahədə bu vəzifə üzrə iş təcrübəsi ən azı 1 il;
• Dil bilikləri: Azərbaycan dili səlist, rus və ingilis dili arzu olunandır;
• MC Office proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
• Məsuliyyətli və güclü analitik, idarəetmə qabiliyyətli.
İş haqqında məlumat:
• İdarə etdiyi məhsul/markaların ehtiyacları istiqamətində qısa və uzun dövrlü marketinq strategiyasını dəstəkləyən planlar hazırlamaq,layihələr həyata keçirmək, eyni zamanda cari ilin strategiyasını idarə edərkən gələcək dövrlərdəki strateji istiqamətləri müəyyənləşdirmək;
• Bazar dinamikasını, rəqibləri və rəqib məhsullarını təqib edərək, öz təklifləri ilə məruzə etmək;
• Marka/məhsul performansını müşahidə edərək təhlil etmək.
İş şəraiti
• 5 günlük iş həftəsi;
• Nahar və telefon xərcləri şirkət tərəfindən təmin olunur;
• Əmək haqqı razılaşma yolu ilə (Əmək haqqı namizədin bilik və bacarıqlarına görə dəyişir).
Vakansiyaya müraciət üçün CV-ləri “Kateqoriya meneceri (Qeyri-qida üzrə)” mövzusu ilə [email protected] e-mail ünvanına göndərməyiniz xahiş olunur.