VAKANSİYA

21 Oktyabr

"METAK" işçi axtarır – VAKANSİYA

METAK Hüquqşünas köməkçisi vəzifəsinə işçi axtarır.

İşin təsviri:

• Məhkəmə mubahisələrinin hüquqi nöqtəyi nəzərindən həll edilməsi üçün tədbirlərin görülməsi (iddia ərizələrin, apellyasiya və kassasiya şikayətlərin hazırlanması və s.);
• Hüquqi xarakterli daxili sənədlərin işlənib hazırlanması;
• Mülki müqavilələrin, layihələrinin hazırlanması;
• Müqavilələrin ekspertizasının aparılması;
• Müqavilə layihələri üzrə ixtilafları həll etmək üçün tədbirlərin görülməsi; notariat təsdiqin və ya ayrı növ müqavilələrin dövlət qeydiyyatı ilə təmin edilməsi;
• Şirkət işçiləri ilə müxtəlif hüquqi məsələlər üzrə yazılı və şifahi məsləhətləşmə, hüquqi sənədlərin tərtib edilməsində hüquqi köməyin göstərilməsi;
• Şirkətin fəaliyyətinin həyata keçirilməsi məqsədilə lisenziya, icazənin alınması üçün ərizə, tələbnamə və digər sənədlərin hazırlanması;
• Tam məxfiliyə riayət edilməsi.

Namizədlərə tələblər:

• Ali hüquqi təhsil;
• İxtisas üzrə praktiki iş təcrübəsi;
• Azərbaycan və rus dillərini sərbəst bilmək;
• Hüququ sənədləşməni tərtib etmə bacarıqları;
• Kompüter bacarıqları (xüsusilə MS Word, Excel, Internet);
• Komandada işləmə bacarığı;
• Dürüst, stessədavamlı.

Əlavə şərtlər

• Ə/haqqı: danışıq əsasında;
• İş vaxtı: 5 gün, 09:00-18:00;
• Nahar şirkət tərəfindən verilir;
• Nəqliyyat xidməti şirkət tərəfindən göstərilir.

Maraqlananlar saytda onlayn-anketi dolduraraq //www.metak.az/resume/resume.php?vid=106 və ya [email protected] ünvanına CV göndərərək, 21.11.2020 – ci il tarixinə kimi müraciət edə bilərlər.