“Bank Respublika” ASC Korporativ Satışlar Departamentində Biznesə dəstək şöbəsinin mütəxəssisi vakansiyasını elan edir.
Artıq 28 il ərzində Bank Respublika “Sizə Faydalı” prinsipinə sadiq qalaraq 27 filial və şöbə şəbəkəsi ilə Bakı, Abşeron və regionlarda öz müştərilərinə yüksək xidmət və faydalı bank məhsulları təqdim edir. Universal bank olmaqla fəaliyyətimizin hər bir sahəsində peşəkar və əzmkar mütəxəssislərlə təmsil olunuruq. Bu illər ərzində müştərilər tərəfindən qazanılan inam ilə qürur duyur və əməkdaşlarımızı bankın əsas kapitalı hesab edirik. Bankımızın illər ərzində əldə olunan təcrübə və uğurlarına şərik olmaq və yeni nailiyyətlərimizə öz imzasını atmaq istəyən nəticəyönümlü şəxsləri komandamıza dəvət edirik.
Ümumi vəzifə öhdəlikləri:
- Bazar araşdırmalarının təhlili əsasında kredit və qeyri-kredit məhsullarının yaradılması və həmin məhsullar üzrə prosedurların və təlimatların hazırlanması;
- Bonus (mükafatlandırma) sisteminin hazırlanması və təkmilləşdirilməsi;
- Tələb olunan hesabatların təhlili və aidiyyəti üzrə sifariş verilməsi;
- Aylıq, rüblük və illik biznes planların hazırlanması;
- Rəhbərlik tərəfindən verilən digər tapşırıqları yerinə yetirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (iqtisadiyyat üzrə təhsil arzuolunandır);
- Kredit və ya qeyri-kredit sahəsi üzrə iş təcrubəsi mütləqdir;
- Yüksək “excel” bilikləri;
- İrihəcmli verilənlər bazası ilə işləmə bacarığı;
- İlkin İT biliklərin olması arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla), Rus və İngilis dillərinin yaxşı səviyyədə olması mütləqdir;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Sizə nə təklif edirik?
- Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
- Müvəffəqiyyətli karyera üçün Sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq/inkişaf etdirmək təşəbbüslərinizi gerçəkləşdirmək imkanları;
- Əlverişli iş mühitində çalışmaq imkanı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 27 oktyabr 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Biznesə dəstək şöbəsinin mütəxəssisi” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.