PASHA Bank Məlumat Təhlükəsizliyi Xidmətlərinin kiçik mütəxəssis vakansiyasını elan edir.
Vəzifənin məqsədi:
Bütün dəyərli biznes məlumatlarının əlçatan olmasına, məxfiliyinə, bütövlüyünə, onun təsnifatına və girişə nəzarətə görə cavabdeh olmaq.
Vəzifə Öhdəliyi:
- Giriş kontrol mexanizmi və qaydaları daxilində giriş nəzarətlərini həyata keçirmək.
- Proqram təminatlarının inventor kontrollarını təmin etmək.
- Şəbəkə təhlükəsizlik kontrollarını qaydasında saxlamaq
- Biznes üçün kritik məlumatların müəyyən olunması, təsnifatı üçün lazımi ölçülər götürmək
- Məlumat itkisinin qarşısının alınması kontrollarını müəyyən etmək və davamlı olaraq təkmilləşdirmək
- Bütün biznes layihələrində və sənədlərində məlumat təhlükəsizliyinin tələblərinin gözlənilməsinə cavabdeh olmaq
- İnsident və problemin idarəedilməsi prosesində yüksək təsirli insidentləri və problemləri tədqiq etmək
- Dəyişikliyin idarəedilməsi prosesi daxilində şəbəkə, proqram və sistemlər üçün dəyişiklikləri idarə etmək.
- İnformasiya təhlükəsizliyi üzrə müraciətlər
- Yeni sistemin buraxılmasından öncə sertifikasiya və akkreditasiya keçirmək
Tələb edilən bilik, bacarıq və təcrübə:
• Təhsil: İnformasiya təhlükəsizliyi, İnformasiya texnologiyaları, Riyaziyyat, Kompüter elmləri və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili;
• İş təcrübəsi: İnformasiya təhlükəsizliyi və ya müvafiq sahədə minimum 1-2 il iş təcrübəsi;
• Lisenziya/ Sertifikat: CompTIA Security+ olması üstünlükdür;
• Xarici dil: İngilis dili (yaxşı);
• Kompüter bilikləri: MS Office Excel;
• Məhsul biliyi: Əsas bankçılıq və kard tədbiqləri sistemləri üzrə biliyin olması, şəbəkə qurğuları və AWS üzrə təcrübənin olması, təhlükəsizlik üzrə ən yaxşı təcrübənin (NIST, ISO 27000X, PCI DSS) olması üstünlükdür.
• Bazar biliyi: N/A;
• Digər: Analitik bacarıqlar, detallara fikir verən.
Kandidatların kompetensiya, potensial və bacarıqlarına əsasən müəyyən vəzifəyə baxılmaları nəzərdən keçirilmələri dəyişə bilər.
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 10.11.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Təhlükəsizliyi Xidmətlərinin mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.