“PAŞA Sığorta” ASC İnsan Resurları və Daxili Kommunikasiya departamentinə Təşkilati İnkişaf üzrə mütəxəssis vakansiyası elan edir
Vəzifə və Öhdəliklər:
• Təşkilatı inkişaf istiqamətində proseslərin, platformaların, motivasiya və inkişaf proqramlarının yaradılması və idarə edilməsində dəstək göstərilməsi;
• Təşkilati inkişaf istiqamətində funksiyaların illik daxili məmnuniyyət sorğularını keçirərək boşluqların müəyyən olunması və aradan qaldırılması üçün tədbirlər planının təklif olunması;
• Departament daxilində iş effektivliyinin artırılması məqsədi ilə mövcud olan proseslərdə boşluqların təyin olunması və təkmilləşdirilməsi üçün tədbirlər planının tərtib olunması və icrası;
• Müxtəlif istiqamətlər və bloklar arasında kommunikasiyanı və motivasiyanı təmin etmək üçün komanda quruculuğu tədbirlərinin və proqramlarının təşkil olunması;
• Şirkət xarici təşkilatlarla əlaqələrin qurulması və partnyorluq münasibətlərinin yaradılması; (namizəd bazası, şirkətin reputasiyasına təsir edən tədbir və ya sponsorluqlar, karyera sərgiləri, karyera mərkəzləri, sorğular və s.)
• İşəgötürən markası (employer branding) istiqaməti üzrə agendann formalaşdırılması və icrası;
• Şirkət daxilində vəzifələr üzrə qiymətləndirmə (grading) sisteminin tətbiq olunmasında və mütəmadi olaraq yenilənməsində dəstək göstərilməsi;
• Şirkət daxilində təşkilati psixologiya mövzusunda araşdırmaların aparılması və mövcud problemlərin aradan qaldırılması üçün tədbirlər planının tərtib olunması və icrası;
• Şirkət daxilində müştəri yönümlülük mədəniyyətinin inkişafı və müvafiq təşəbbüslərin icrası;
• Əməkdaşlar arasında kommunikasiyanın gücləndirilməsini, aktivliyini və inkişafını təşviqedici platformaların idarə olunmasında dəstək göstərilməsi;
• Yeni kommunikasiya kanallarının yaradılması, idarə olunması və mövcud kanalların gücləndirilməsi və effektivliyinin artırılmasında dəstək göstərilməsi;
• Performansın və istedadların idarəolunması istiqamətində layihələrin icrasına dəstək göstərilməsi;
• Birbaşa rəhbərin tapşırığına əsasən vəzifə təlimatınında qeyd olunmayan işləri icra etmək.
Bilik və göstəricilər:
• Ali təhsil;
• Dil bilikləri yazılı və şifahi Azərbaycan, ingilis və rus dillərini yaxşı bilmə;
• Kompyuter bilikləri yüksək səviyyədə microsoft office proqramından istifadə etmək;
• Yüksək təqdimat bacarıqları, yüksək excel bacarıqları və vizuallaşdırma qabiliyyəti, layihələrin idarəolunması istiqamətində bilikləri olan namizədlərə üstünlük veriləcək.
Təcrübə
• Bu sahə üzrə təcrübənin olması arzuolunandır
Bacarıqlar
• Analitik düşüncə;
• Güclü kommunikasıya bacarığı.
Son müraciət tarixi: 15 oktyabr 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.