VAKANSİYA

09 Oktyabr

\"Beynəlxalq Bank\" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Daxili nəzarət departamentinin Bankdaxili qərarlara və tədbirlərin icrasına nəzarət şöbəsinə Baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Bankın idarəetmə orqanları və daxili komitələri tərəfindən qəbul edilmiş qərarların icrasının monitorinqini həyata keçirmək;
  • Bankdaxili yoxlama strukturları, eləcə də kənar audit və tənzimləyici qurumlar tərəfindən aparılmış yoxlamaların nəticələri ilə bağlı tədbir planlarının hazırlanmasına nəzarət;
  • Müxtəlif yoxlamaların nəticəsi, eləcə də bankdaxili risklərin minimallaşdırılması ilə bağlı tədbirlər planının hazırlanmasına və icrasına nəzarət prosesində iştirak;
  • Tədbirlər planının hazırlanması və icrası ilə bağlı müvafiq strukturlara sorğular göndərmək, aidiyyəti sənədləri tələb etmək, onlardan yazılı və şifahi arayışlar, məlumatlar almaq;         

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (maliyyə və iqtisadi sahədə);
  • MS Office proqramlarında yüksək səviyyədə iş bacarığı olan;
  • Bankda minimum 1 - 3 il iş təcrübəsi olan;
  • Komandada iş bacarığı olan;
  • Problem həll etmə bacarığı olan;
  • Yüksək planlaşdırma və icra keyfiyyətlərinə malik olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Bankdaxili qərarlara və tədbirlərin icrasına nəzarət şöbəsinə Baş mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.