VAKANSİYA

08 Oktyabr

\"Yelo Bank\" işçi axtarır – VAKANSİYA

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda “Pərakəndə biznes məhsullarının Satışı departamentində Direktor” vakansiyasını elan edirik.

Siz elektron poçtun “mövzu” yerinə “PBMSD_Direktor” qeyd etməklə öz CV-lərinizi [email protected] ünvanına göndərə bilərlər.

Struktur: Pərakəndə biznes məhsullarının Satışı departamenti
Vəzifə: Direktor
Bilavasitə tabeçiliyi: İdarə Heyətinin sədrinin müavini / Pərakəndə bankçılıq idarəsi üzrə baş direktor

Vəzifə öhdəlikləri:

• Bankın strategiyası (Strateji Pərakəndə Satış Planı), habelə Bаnk rəhbərliyinin Departamentin fəаliyyətinə dаir qərаr və lаyihələri ilə işləyir;
• Öz səlаhiyyətinə аid məsələlərlə bağlı Bаnkın аdındаn yаzışmаlаr аpаrır və Bankı üçüncü şəxslər qarşısında təmsil edir;
• Departament qаrşısınа qоyulаn vəzifələrin icrаsı məqsədi ilə Bankın digər struktur bölmələri ilə qaşılıqlı əməkdaşlığının təşkil edir;
• Bаnкın Pərakəndə biznes satışının inкişаfınа təsir göstərən qərаrlаrın qəbul оlunmаsı barədə təkliflər verir;
• Departament daxilində olan bütün şöbələrin işini təşkil və nəzarət edir;
• Bankın kredit, qeyri-kredit və bank kartları məhsulların satışını, partnerlarla işi təşkil edir;
• Pərakəndə biznes məhsullarının satışı üzrə filialların fəaliyyətinə funksional rəhbərlik edir;
• Pərakəndə biznes müştərilərə xidmət üzrə Bankın satış nöqtələri şəbəkəsinin inkişaf etdirilməsində iştirak edir;
• Normativ aktlar və Bankın inzibati sənədlərinə əsasən verilmiş səlahiyyətlər cərçivəsində fəaliyyət göstərir;
• Pərakəndə Biznes Məhsullarının Satışı Departamentinin inkişaf strategiyası, qısamüddətli və uzunmüddətli perspektivdə prioritetləri, departamentin fəaliyyətinin kəmiyyət göstəriciləri və büdcəsinin planlaşdırılması üzrə təklifləri hazırlayır;
• Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi, Pərakəndə biznes məhsullarının Satışı departamentinin və ümumilikdə Bankın fəaliyyətinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
• Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların Struktur, ştat cədvəli, vəzifə adları və siyahısı,əmək haqqı dəyişikliyi yönəlmiş tədbirlərin həyata keçirilməsi üzrə təklifləri hazırlayır;
• Departamentin tərkibinə daxil olan və satış nöqtələrində tabeçiliyində olan bütün əməkdaşların, əmək intizamına, davamiyyətinə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;Departament daxili bütün şöbələrin müdirlərinin vəzifə öhdəliklərini Departament daxilində olan bütün şöbələrin nəticəsi barədə İdarə Heyyətinin Sədrinin müavininə - kuratora hesabat verir;.
• İdarə Heyəti qarşısında hesabatları təqdim edir;

Tələblər:

• Bankın dəyərlərinə uyğun işlərin təşkili;
• Ali təhsil;
• Bank sektorunda zəruri minimum iş təcrübəsi 5 il, pərakəndə satış istiqamətində ən azı 3 il rəhbərlik təcrübəsi ;
• AR-in banklar və bank fəaliyyəti haqqında qüvvədə olan qanunvericiliyi, AR MB-nin filialların və kredit təşkilatlarının bölmələrinin fəaliyyət məsələləri üzrə normativ sənədləri, əmək qanunvericiliyi haqqında bilik;
• AR-in Əmək qanunvericiliyinin əsasları haqqında bilik;
• Bank sisteminin quruluşu və bank işinin əsasları haqqında bilik;
• Microsoft office, bank və digər xüsusi proqramların istismarıStrukturlarla danışıqların və işgüzar ünsiyyətin aparılma qabilliyyəti;
• Xarici dil bilməsinə üstünlük verilir (rus dili - yaxşı, inglis dili-arzuolunandır)
• Yüksək dərəcədə analitik qabiliyyət;
• Komandada işləmək və qərarları qəbul etmək bacarığı;
• Məsuliyyət;
• Nəticə əldə etməyə meyl;
• Stressə davamlılıq

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
• Əmək qanunvericiliyinə uyğun iş şəraiti;
• Müasir idarəetmə sistemi və mehriban kollektiv.