“Abşeron Logistika” MMC “Dizayner” vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
• Sosial şəbəkə paylaşım postlarının dizayn edilməsi;
• Gündəlik dizayn işləri ilə bağlı tapşırıqların yerinə yetirilməsi;
• Şirkətin fəaliyyəti ilə bağlı korporativ və promo materiallarının dizayn işlərinin icrası;
• Jurnal, buklet, flayer, broşür, poster və kataloqlar üçün dizaynların hazırlanması;
• Brandbook, loqotiplərin, korporativ məhsullarının dizayn işləri;
• Reklam materiallarının istehsalı ilə məşğul olan podratçılarla işgüzar əlaqələrin qurulması və verilən sifarişlərin effektiv və keyfiyyətli şəkildə həyata keçirilməsini nəzarət etmək;
• Marketinq sahəsinin inkişafı məqsədilə daim yeni axtarışlar etmək və müvafiq istiqamətlər barədə rəhbərliyə məlumat vermək;
Namizədə tələblər:
• Ali təhsil
• Aidiyyatı sahə üzrə minimum 1 il iş təcrübəsi;
• Kompüterdə sürətli işləmək bacarığı;
• Photoshop, Adobe İndesign, CorelDRAW, Adobe İllustrator və MS Ofis proqramında işləmək bacarığı (Video montaj bacarığı üstünlükdür);
• Dizayn trendlərindən xəbərdar olması;
• Portfolionun mövcud olması;
• Komandada işləmək bacarığı, yaradıcı və innovativ yanaşmalara açıq olan;
• Xarici dil bilikləri ( Rus dili yüksək səviyyədə, İngilis dili biliyi üstünlükdür);
• Azərbaycan dilinin qrammatikasını və orfoqrafiyasını mükəmməl bilməli;
• Sosial media, dijital reklam və s. sahədə biliklərinin olması;
• Dizayn, konsept və s. müasir trendlərdən xəbərdar olmalı;
• Operativlik, dəqiqlik, məsuliyyət
• Məsuliyyətli, punktual,daim öz üzərində çalışan
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Dizayner” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.