VAKANSİYA

06 Oktyabr

\"VTB Bank\" işçi axtarır – VAKANSİYA

VTB Bank ASC (Azərbaycan) Tətbiqi sistemlərin idarə olunması şöbəsinin müdiri vəzifəsinə işçi axtarır.

Tələblər:

• Texniki ali təhsil;
• Proqramlaşdırma üzrə 4 ildən az olmayan təcrübə;
• С#/.NET Framework, SQL, PL/SQL, Java üzrə proqramlaşdırma təcrübəsi;
• Sistematik və analitik düşünmə bacarığı;
• Proqramlaşdırma komandası və proseslərini idarə etmə təcrübəsi;
• Agile metodologiyası haqqında biliklər;
• Yüklənmə dərəcəsi yüksək olan sistemlərlə iş təcrübəsi üstünlükdür;
• Bank işi haqqında biliklər və avtomatlaşdırılmış bank sistemləri ilə iş təcrübəsi üstünlükdür;
• Oracle DB idarəetmə təcrübəsi , Postgresql və XML ilə iş təcrübəsi üstünlükdür.

Öhdəliklər:

• Şöbənin iş nizamının təmin olunması;
• Şöbənin iş effektivliyinin təmin olunması;
• Daxili və kənar layihələrin idarə olunması;
• Sistematik idarəetmə, verilənlər bazasının və həllərin arxitekturasının qurulması;
• Texniki mürəkkəb modulların, verilənlər bazasının və həllərin həyata keçirilməsində birbaşa iştirak;
• Tapşırıqların həllinin nəzarət və yoxlanılması.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).