VAKANSİYA

05 Oktyabr

\"Beynəlxalq Bank\" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı İnformasiya Texnologiyaları departamentinə Məlumatların keyfiyyəti və metadata üzrə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəcəyiniz işlər:

  • Məlumatların keyfiyyət standartlarını, məlumatların idarə edilməsi vasitələrini, ölçülərinin və s. müəyyənləşdirilməsi;
  • Təşkilat daxilində məlumatların keyfiyyəti, xüsusilə təyin edilmiş kritik məlumat elementləri üzrə monitorinq və hesabatlılıq, məlumatların keyfiyyəti problemlərinin monitorinqi və izlənməsi üçün problemlərin saxlanması;
  • Boşluqları/problemləri müəyyən etmək üçün müntəzəm (aylıq) şəkildə korporativ məlumatların keyfiyyətinin monitorinqi panelinin yaradılması və yenilənməsi;
  • Məlumatların keyfiyyəti problemlərinin əsas səbəblərinin təhlilində iştirak etmək və boşluqların aradan qaldırılması üçün fəaliyyət planlarının hazırlanmasına köməklik göstərilməsi;
  • Bütün təşkilat çərçivəsində məlumatların keyfiyyəti ilə bağlı bütün layihələrin əlaqələndirilməsi və idarə edilməsi;
  • Məlumatların keyfiyyəti ilə bağlı məlumatların siyasət və prosedurlarının yaradılmasına köməyin göstərilməsi;
  • Bərpa planlarının işlənib hazırlanmasına, gündəliyin müəyyənləşdirilməsinə və müvafiq materialların hazırlanmasına xüsusi diqqət yetirərək, məlumatların keyfiyyəti üzrə işçi qruplara köməklik göstərmək;
  • Kritik məlumat elementlərinin (CDEs) aşkarlanması;
  • Metadata idarəetmə və onların tələblərinə cavab verən biznes proseslərinin və standartlarının yaradılması, monitorinqi və uyğunluğun təmin edilməsi;
  • Biznes metadata (məsələn, biznes anlayışlar, təhlükəsizlik/çıxış səviyyəsi, data keyfiyyət qaydaları) və texniki metadata (məsələn, texniki / fiziki data elementləri, məlumat şəcərsi kimi) strukturlaşdırılması üçün şablonların hazırlanması;
  • Metadata dəyişikliklərin təsdiq edilməsi və metadata yeni tələbatın idarə edilməsi;
  • Domen sahibləri tərəfindən hazırlanmış biznes anlayışlarının və məlumat şəcərəsinin təsdiq edilməsi;
  • Ümumi təşkilati məlumat lüğətinin hazırlanması və idarə edilməsi.

Bizim üçün ideal namizəd:

  • Minimum 2  illik İT təcrübəsinə sahib (bank təcrübəsi mütləqdir);
  • SQL-də praktiki təcrübə sahib;
  • Məlumatların keyfiyyəti alətləri ilə təcrübəyə malik;
  • Yüksək kommunikasiya bacarığına sahib;
  • Metadata problemləri və prosesləri üzrə dərin biliklərə sahib;
  • Sistem məlumatlarının xəritələşdirilməsi və izlənməsi sahəsində təcrübəyə malik;
  • Məlumat lüğətlərini müəyyənləşdirmək, həyata keçirmək və idarə etmək təcrübəsinə sahib;
  • Performansın idarə olunması metrikləri ilə iş təcrübəsinə sahib;
  • Məlumatların keyfiyyəti və prosesləri üzrə biliklərə malik.

Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi [email protected] elektron ünvanına göndərə bilərsiniz. Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumatların keyfiyyəti və metadata üzrə mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.