VAKANSİYA

02 Oktyabr

\"Unibank\" işçi axtarır – VAKANSİYA

Unibank Mikro kreditlərin monitorinqi bölməsinin Mütəxəssisi vəzifəsinə işçi axtarır.

Başlıca öhdəliklər və məsuliyyətlər:

• Rəhbərliyin sərəncamına/Təsdiqlənmiş planlara uyğun olaraq maliyyə, tematik və kompleksli kredit layihələrinin monitorinqi;
• Bank fəaliyyəti və nəzarət prosedurlarının təkmilləşdirilməsi üçün müstəqil tövsiyələrin verilməsi;
• Monitorinqin nəticələrinə əsasən rəylərin və hesabatların hazırlanması;
• Bakıda və regionlarda müştərilərə vizit edə bilmək marağı və imkanının olması;
• Kreditləşmə layihələrinin risklərinin azaldılması, qarşısının alınması və minimallaşdırılması ilə bağlı tövsiyələrin verilməsi.

Namizədin profili:

• Ali təhsil (iqtisadiyyat və ya riyaziyyat sahəsində);
• Biznes kreditlər sahəsində ən azı 2 il iş təcrübəsi;
• Microsoft Office proqramlarında işləmək bacarığı;
• Kredit, maliyyə, mühasibat uçotu, sənədlərin təhlili, müştərilərin sahəvi təhlili sahəsində yüksək biliyə sahib olmalı;
• Milli və regional biznes proseslərinin tənzimlənməsi və idarəedilməsi üzrə biliklər;
• Qanunvericiliyin əsaslarını bilmək;
• Sənədlərin təhlilinin aparmaq;
• Analitik düşünmə bacarığı və işgüzar fəallıq;
• Stressə davamlılıq, komandada işləmək bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər [email protected] elektron ünvanına CV-ni göndərib və mövzuda vakansiyanın adını qeyd edərdiniz və ya bu linkə keçib müraciət edə bilərsiniz: //unibank.az/az/hrsnew/vacanciesHrm/232