VAKANSİYA

28 Sentyabr

\"Kapital Bank\" işçi axtarır - VAKANSİYA

Kapital Bank namizədləri Kredit Anderraytinqi departamentinin Korporativ kreditlərin təhlili şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Öhdəliklər

• Alınması nəzərdə tutulan və investisiya portfelində cari olan qiymətli kağızlar üzrə həmin şirkətlərin maliyyə və biznes təhlilini həyata keçirmək;
• Həyata keçirilən təhlil üzrə İnvestisiya Komitəsinin müzakirələrində iştirak etmək;
• Qiymətli kağızlar bazarı üzrə mütəmadi bazar araşdırması aparmaq, müxtəlif sahələr üzrə “benchmarking”-lər və ssenari analizləri aparmaq;
• Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir;

Tələblər

• Vətəndaş qüsursuzluğuna malik olma.
• Ali iqtisadi təhsil;
• Fəaliyyətini həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazasının (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) bir qismi ilə məlumatlı olmaq;
• Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq;
• Analitik düşüncə qabiliyyətinə malik olmaq;
• Qiymətli kağızlar bazarının təhlili ilə bağlı iş təcrübəsinə malik olmaq;

Biz Sizə stabil iş yeri, dinamik inkişaf, yüksək əmək haqqı və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.