VAKANSİYA

28 Sentyabr

\"Yelo Bank\" işçi axtarır - VAKANSİYA

Yelo Bank Satınaa mütəxəsisi vəzifəsinə işçi axtarır.
Siz elektron poçtun “mövzu” yerinə “Satınalma mütəxəssisi” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) [email protected] ünvanına göndərə bilərsiniz.

Vəzifə öhdəlikləri:

• Bazar araşdırılmasının aparılması, yeni təchizat şirkətlərinin tapılması və onlarla danışıqların aparılması
• Təchizat şirkətlərindən gələn təkliflərinin qiymətləndirilməsi, təkliflərin müqayisəli təhlilinin aparılması və yeni əsaslandırılmış təklifin rəhbərliyə təqdim edilməsi
• Satınalmaların təşkili və tələb olunan sənədləşmə işlərinin aparılması
• Müqavilə şərtlərinin müəyyən edilməsi, şərtlər üzrə icrasına nəzarət edilməsi
• Sifarişlərin verilməsi və vaxtında çatdırılmasının nəzarətdə saxlanılması
• Sifariş üzrə ödəniş sənədlərinin və müqavilələrin müvafiq strukturlara yönləndirilməsi
• Vəzifə ilə əlaqədar digər tapşırıqların həyata keçirilməsi

Tələblər:

• Ali təhsil
• Azərbaycan və rus dillərini səlis bilməlidir, ingilis dili arzuolunandır
• Word və Excel proqramlarından istifadə bacarığı
• Komanda ilə işləmək bacarığı
• Müvafiq satınalma sahəsində təcrübə

Biz Sizə nə təklif edirik:

• Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
• Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
• Sınaq müddətini uğurla tamamladıqdan sonra Könüllü tibbi sığorta proqramına qoşulma;
• Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun işə qəbul və iş qrafiki.