VAKANSİYA

15 Sentyabr

\"Beynəlxalq Bank\" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı İnformasiya texnologiyaları departamentinin İT infrastrukturların idarə edilməsi şöbəsinə  Sistem inzibatçısı axtarışındadır.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmaq imkanı
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat.

Görəcəyiniz işlər:

  • Korporativ poçt sisteminin administrasiyası və texniki dəstəyi(MS.Exchange);
  • Windows, Linux , MS. Active Directory, vmWare sistemlərin texniki dəstəyi;
  • Problemlərin həlli üçün texniki dəstək və podratçılar ilə qarşılıqlı əlaqələrin yaradılması;
  • Proqram təminatının monitorinqinin məhsuldarlığı;
  • Sistem problemlərinin diaqnostikası və həlli.                                                                                                                                                  

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahib;
  • Linux əməliyyat sistemində iş təcrübəsinə malik;
  • Windows, MS.Exchange, MS. Active Directory, vmWare üzrə biliklərə sahib;
  • IBM WebSphere, Oracle Weblogic, Apache HTTP üzrə biliklər.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Sistem inzibatçısı” şəklində göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az