VAKANSİYA

14 Sentyabr

\"PAŞA Sığorta\" işçi axtarır – VAKANSİYA

“PAŞA Sığorta” ASC namizədləri Risklərin İdarəolunması üzrə mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• Mövcud biznes proseslərin təhlili və dələduzluq (fraud) riski yüksək olan biznes proseslərin müəyyən edilməsi;
• Dələduzluq (fraud) riski yüksək olan biznes proseslər üzrə araşdırmaların aparılması;
• Dələduzluq (fraud) hallarının idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq;
• Bakı şəhəri və bölgələrdə olan nümayəndəliklərdə müntəzəm monitorinqlərin keçirilməsi;
• Dələduzluq (fraud) hallarının araşdırılması məqsədilə hesabatlıq formalarının yaradılması və istifadəsi;
• Dələduzluq (fraud) hallarının qarşısının alınması məqsədilə tövsiyələr vermək və metodoloji yardım göstərmək;
• Birbaşa rəhbər tərəfindən verilən tapşırıqları yerinə yetirmək.

Bilik və bacarıqlar:

• Ali təhsil;
• Peşəkar səviyyədə MS Office, xüsusilə MS Excel-dən istifadə bacarığı;
• İngilis və Rus dili bilikləri;
• Analitik düşüncə qabiliyyəti;
• Fərdi və komanda şəklində işləmək qabiliyyəti.

Təcrübə:

• Risklərin idarə edilməsi, audit və ya daxili nəzarət strukturlarında minimum 2 il iş təcrübəsi (sığorta və bank sahəsi üzrə təcrübəyə üstünlük verilir);

Son müraciət tarixi: 30 sentyabr, 2020.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.