VAKANSİYA

11 Sentyabr

\"Kapital Bank\" işçi axarır – VAKANSİYA

Kapital Bank namizədləri Goranboy, İmişli, Lənkəran və Xaçmaz filiallarına Xidmət bölməsində Əməliyyat üzrə kiçik mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:

Öhdəliklər :

  • Müştərilərə xidmət;
  • Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
  • Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
  • Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
  • Ödəniş kartları üzrə əməliyyatların aparılması.

Tələblər :

  • Ali təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Azərbaycan dilində sərbəst danışmaq bacarığı
  • MS Office (Word, Excel) proqramları üzrə biliklər;
  • Gərgin iş qrafikində işləmək bacarığı;
  • Əla ünsiyyət bacarıqları;
  • Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.

Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, hr.kapitalbank.az portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.