VAKANSİYA

17 Avqust

\"Azərbayan Beynəlxalq Bankı\" işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Korporativ müştərilərlə iş şöbəsinə mütəxəssis/aparıcı mütəxəssis/baş mütəxəssis vakansiyaları elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Görəyəcəyiniz işlər:

  • Bankın müvafiq xidmətlərinin və məhsullarının satışının yüksək səviyyədə həyata keçirilməsi;
  • Yeni müştərilərin axtarışı, potensial müştərilərin müəyyənləşdirilməsi və onlarla əlaqələrin yaradılması;
  • Maliyyə bazarlarının, rəqiblərin fəaliyyətinin araşdırılması, təhlili və tələbatın müəyyənləşdirilməsi;
  • Zərurət yarandıqda gündəlik, həftərlik, rüblük,illik  hesabat əsasında müştərilərın fəaliyyətinin araşdırılması, cəlb edilməsi  və potensiallığının müəyyən edilməsi və üçün müvafiq tədbirlərin görülməsi;
  • Zərurət  yarandıqda müştəri şikayətlərinin yaranma səbəbinin araşdırılması və problemlərin həlli istiqamətində zəruri tədbirlərin görülməsində adiyyəti strukturlara köməklik edilməsi;
  • Keçirilən aksiya və kampaniyalar haqqında müştərilərin daimi məlumatlandırması.

Bizim üçün ideal namizəd:

 

  • Sahə üzrə minimum 1 il iş təcrübəsinə sahib;
  • Ali iqtisadi təhsilli;
  • Bank əməliyyatları üzrə qanunvericilik aktları ilə tanış, эsas bank məhsulları haqqında məlumatlı;
  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl yazı və danışıq qabiliyyətinə sahib;
  • Komandada işləmək bacarığına malik;
  • Satış qabiliyyəti, müştəriləri inandırmaq bacarıqlarına sahib;
  • Yüksək səviyyədə ünsiyyətqurma qabiliyyətinə malik olan şəxsdir.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Korporativ müştərilərlə iş üzrə mütəxəssis”, “Korporativ müştərilərlə iş üzrə aparıcı mütəxəssis” yaxud “Korporativ müştərilərlə iş üzrə baş mütəxəssis” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətə baxılmaya bilər.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

 

Əlavə məlumat üçün: www.ibar.az