VAKANSİYA

07 İyul

"PAŞA Bank" işçi axtarır – VAKANSİYA

"PASHA Bank" ASC Xəzinədarlıq departamentinin Maliyyə İnstitutları şöbəsində Analitik vakansiyasını elan edir.
Əsas vəzifə öhdəlikləri:
• Sindikatlaşdırılmış kreditlər (ilkin və təkrar bazar)
• Korporativ sindikatlaşdırılmış kreditlər (ilkin və təkrar bazar)
• Banklar üzrə Ticarətin maliyyələşdirilməsi
• Reytinq agentlikləri ilə və Banklarla əlaqələrin saxlanılması
• Tələb olunan hesabatların hazırlanması və məlumatların düzgünlüyünün yoxlanılması
• Şöbə daxilində bazar üzrə təhlillərin aparılması
• Müştəri menecerlərinə dəstək
Tələb olunan bilik, bacarıq və təcrübə:
• Təhsil: Maliyyə, iqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili
• Tələb olunan iş təcrübəsi: Xəzinədarlıq sahəsi üzrə minimum 2 il iş təcrübəsi
• Xarici dillər: İngilis (səlis), Rus (arzuolunandır)
• Kompüter bilikləri: Microsoft Office
• Lisenziya/ Sertifikat: Maliyyənin modelləşdirilməsi, CFA (Sertifikatlaşdırılmış maliyyə təmsilçisi), ACCA (Sertifikatlaşdırılmış mühasiblər assosiasiyası) üzrə imtahan və/və ya sertifikatlara üstünlük verilir
• Digər:
• Xarici və yerli kapital bazarı anlayışı
• Xarici və yerli pul bazarı anlayışı
• Xəzinədarlıq məhsullarının anlayışı
• Xarici və yerli törəmə məhsullarının anlayışı
• Ümumi maliyyə bilikləri
• Bank məhsulları haqqında bilik (faiz və qeyri-faiz)
Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini 20.07.2020-ci il tarixinədək [email protected] elektron ünvanına email-in mövzu hissəsində “Maliyyə İnstitutları şöbəsində analitik” yazaraq göndərmələri xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.