VAKANSİYA

19 May

" PASHA Bank" işçi axtarır – VAKANSİYA

PASHA Bank Biznes Proseslərin İdarə Olunması üzrə kiçik mütəxəssis vakansiyasını elan edir.

Vəzifənin məqsədi

Bankın normativ sənədlər bazasının requlyator tələblərə uyğun olaraq idarə edilməsinə cavabdehdir.

Vəzifə Öhdəliyi

- Bankın normativ sənədlər taksonomiyasını idarə etmək və Biznes Proseslərinin İdarə olunması (BPM) üzrə sənədlərin (siyasətlər, qaydalar, metodologiyalar, biznes proseslər, proseduralar, əməliyyat göstərişləri və s. ) qanunvericiliyə uyğunluğunu tənzimləmək
- Biznes proseslərə edilən dəyişikliklərin, eləcə də funksiyalar arası təkliflərin vaxtında sənədləşdirilməsi və bütün tərəfdaşlarla razılaşdırılmasını təmin etmək
- Struktur səmərəliliyi və effektivliyinin təkmilləşdirilməsi məqsədi ilə vəzifə və öhdəliklərdə dəyişiklik tələb olunduğu təqdirdə İR və Biznes vahidlərinə lazımi dəstək göstərmək
- Bütün struktur vahidləri ilə birlikdə Biznes Proseslər toplusunu (BPU) hazırlanmaq
- Proseslərin hazırlanması, təkmilləşdirilməsi və avtomatlaşdırılması üzrə layihələri həyata keçirilmək
- Struktur vahidləri ilə birlikdə prosesin optimallaşdırılması üzrə təklifləri və prosesin arzu olunan halını hazırlanmaq
- Biznes proseslərdə dəyişikliklərin aydın göstərilməsi, anlaşılması və ifadə edilməsini təmin etmək məqsədilə digər vahidlərlə sıx əməkdaşlıq etmək
- Prosesin optimizasiyası, dərindən analizi, prosesin icrasının hesabatını hazırlamaq
- Prosesdəki uyğunsuzluqlar, daxili partnyorların sistematik səhvləri, prosesin fazaları və səmərəliliyi haqqında şikayətləri araşdırmaq
- Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar

Tələb edilən bilik, bacarıq və təcrübə

• Təhsil: İqtisadiyyat və ya digər müvafiq sahə üzrə Bakalavr təhsili.
• İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi
• Lisenziya/ Sertifikat: N/A
• Xarici dil: İngilis dili (səlis), Rus (səlis)
• Kompüter bilikləri: Microsoft Office, Microsoft Visio, Minitab
• Digər: Güclü ünsiyyət bacarığı, konflikti həll etmək, innovativ düşüncə və özünü inkişafı təbliğ etmək bacarığı.

Vəzifə tələblərinə cavab verən namizədlərdən rəsmi müraciətlərini [email protected] elektron ünvanına email-in mövzu hissəsində “BPİ kiçik mütəxəssis” yazaraq göndərmələri xahiş olunur. Əks halda sizin namizədliyiniz nəzərə alınmayacaqdır.