VAKANSİYA

18 May

"PAŞA SIĞORTA" işçi axtarır – VAKANSİYA

PAŞA Sığorta” ASC namizədləri Layihələrin idarə olunması şöbəsinin rəhbəri/ Baş mütəxəssis vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.

Vəzifə və Öhdəliklər:

• İllik əməliyyat və büdcə planın tərtib olunmasında dəstək;
• Layihələrin idarə olunması üzrə metodologiyanın hazırlanmasını, təkmilləşdirilməsini və kommunikasiyasını həyata keçirmək;
• Layihələrin təsdiq olunmuş Layihələrin İdarəolunması Metodologiyasına əsasən həyata keçirilməsinə nəzarət etmək;
• Şirkət daxilində layihələrin idarəolunması ilə bağlı təlimlərin təşkil olunmasında dəstək göstərmək;
• Layihə komandasının performansının qiymətləndirilməsi prosesinin yaradılması və təkmilləşdirilməsi;
• Layihələrin planlaşdırılma, icra və bağlanma mərhələlərində layihə menecerlərinə dəstək vermək;
• Layihələr üzrə ƏFG-lərin ölçüləbilir təyin olunmasına nəzarət etmək və layihə menecerlərinə ƏFG-lərin təyin olunmasında dəstək göstərmək;
• Tamamlanmış layihələrin effektivliyinin ölçülməsi məqsədi layihə sonrası qiymətləndirmə prosesinin həyata keçirilməsində dəstək göstərmək;
• Layihələr üzrə sənədləşmələrin metodologiyaya əsəsən aparılmasını təmin etmək;
• Layihə Portfeli üzrə aylıq hesabatın vaxtında hazırlanmasına nəzarət etmək və təkmilləşdirilməsini təmin etmək;
• Layihələr üzrə sənədləşmənin qeydiyyatının aparılmasına və arxivləşdirilməsinə nəzarət etmək;
• Layihələrin İdarəolunması istiqamətinin gücləndirilməsi məqsədi ilə yeni proseslərin yaradılmasında dəstək göstərmək
• Birbaşa müdirin tapşırığına əsasən vəzifə təlimantında qeyd olunmamış işləri icra etmək..

Bilik və bacarıqlar:

• Ali texniki, maliyyə, iqdisadiyyat və yaxud layihələrin idarəolunması üzrə təhsil;
• Layihələrin idarəolunması istiqamətində ən azı 5 il iş təcrübəsi;
• Azərbaycan və ingilis dillərində sərbəst ünsiyyətqurma və yazı bacarığı, işgüzar rus dili biliyinin olması arzu olunandır;
• Peşəkar təqdimat bacarıqları;
• Peşəkar səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı;
• MC Office üzrə (Excel, Power point) qabaqcıl istifadə bacarıqları;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq;
• Dürüst, geribildildirimə açıq və komandada işləmək bacarığı;
• Layihələrin İdarəolunması istiqaməti üzrə (PMP, Prince2, PMI-ACP) sertifikasiyanın olması arzu olunandır.

Son müraciət tarixi: 15 iyun, 2020.

Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.