VAKANSİYA

14 May

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Təhlükəsizlik departamentinin Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinə mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • Aidiyyatı strukturların müraciətləri əsasında nəzarət buraxılış sistemindən hesabatların çıxarılması və təqdim olunması;
  • İnzibati binalara buraxılışların verilməsi ilə bağlı sorğuların icra olunması;
  • Xidməti məktubların hazırlanması;
  • Şöbənin iş istiqamətləri üzrə daxili hesabatların hazırlanması;
  • Avadanlıqların təhvil-təslimi üzrə daxili hesabatlığın təşkili.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli;
  • Bənzər pozisiyada iş təcrübəsi olan ;
  • Təqdimat bacarığı olan;
  • Kommunikasiya bacarıqları olan;
  •  Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığı olan; 
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint  biliklər olan;
  • Azərbaycan dili və rus dilini yüksək səviyyədə bilən şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

 

Əgər axtardığımız ideal  namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına 20.05.2020 tarixinədək göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Təhlükəsizlik sistemlərinin tətbiqi və dəstəklənməsi şöbəsinin mütəxəssisi şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.