"PAŞA Həyat" Müştəri xidmətləri və sığorta hadisələrinin tənzimlənməsi departamenti, Sığorta əməliyyatlarına dəstək şöbəsinə Kiçik mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 17 may 2020-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Sənədlərin icra müddəti dövründə icra etmək;
2. Cəmiyyətə daxil olan sənədlərin sistem üzrə qeydiyyata almaq, aid olduğu şöbəyə yönləndirmək və icraçılara çatdırmaq;
3. Cəmiyyətdən xaric olan sənədlərin çap olunması, redaktə işinin aparılması, lazımi düzəlişlərin edilməsi, müvafiq formada imzalanmasının təmin olunması, sənədlərin tamlığının yoxlanılması və müvafiq formada zərfə yerləşdirilməsini icra etmək;
4. Sənədlərin aidiyyəti qurumlara vəya şəxslərə göndərilməsini icra etmək;
5. Sığorta müqavilələri, şəhadətnamələri və onların ayrılmaz tərkib hissəsi hesab olunan əlavələr və ərizələrin nüsxələrini tələb edilən vaxtda toplanması, arxiv sisteminə işlənilməsi, sıra sayına uyğun yığılması, arxivləşdirilməsi, şöbə daxili hər-hansı sənədlərin qaydasında olmasını və şöbənin əməkdaşlarının köməkçi funksiyalarını yerinə yetirmək;
6. Sığorta müqavilələri, şəhadətnamələri və onların ayrılmaz tərkib hissəsi hesab olunan əlavələr və ərizələrin çatışmayan nüsxələrinin qaytarılması üçün müştərilər ilə danışıqların aparılması və itirilmiş nüsxələrə dulikatların hazırlanmasını icra etmək;
7. Arxivdəki sənədlərin yerləşdirilməsi, axtarılması, sənədlərin mövcudluğunu və təhvil verdikdə təhvil təslim jurnalı vasitəsi ilə aparılmasını icra etmək.
Namizədə olan tələblər:
İş təcrübəsi: Tələb edilmir;
Təhsili/ixtisası: İstənilən ixtisas üzrə bakalavr dərəcəsi tələb olunur;
Dil bilikləri: Azərbaycan dilini əla səviyyədə bilməlidir;
Kompüter bilikləri: MS Office - orta
Üstünlüklər: Xarici dil biliyi üstünlükdür;
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük.
İmtiyazlar:
Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942
Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək Sığorta əməliyyatlarına dəstək şöbəsinin kiçik mütəxəssis vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.