JOB TITLE: IT üzrə Təcrübəçi
EMPLOYER: Huner Group
“Huner Group” Azərbaycan inşaat sektorunda özünəməxsus layihələri ilə seçilən tikinti şirkətidir.
Tələblər:
- Ali təhsil; (texniki təhsil arzuolunandır)
- MS Office proqramlarında sərbəst istifadə etmək bacarığı;
- Rus və İngilis dillərində orta səviyyədə yazılı və şifahi texniki dil bilikləri,
- Ofis texnikalarını istifadə etmək bacarığı;
- Windows client sistemlərini bilən şəxslərə üstünlük veriləcəkdir;
Vəzifə öhdəlikləri:
- İstifadəçilərdən müraciətlərin qəbul edilməsi və texniki xidmətin həyata keçirilməsi;
- Noutbuk, masaüstü kompüterlər, printerlər və digər avadanlıqlar (o cümlədən şəbəkə avadanlıqları),
- proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək,
- Əsas və kənar ofislərə yerində və uzaqdan IT dəstək göstərmək;
- Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, proqram təminatı və adanlıqlarının monitorinqi;
- PC və Noutbukların ilkin diaqnostikası (hardware);
İş qrafiki və əmək haqqı:
6 günlük iş qrafiki;
Ödənişli təcrübə proqramı.
Müraciət qaydası:
CV-lərinizi yalnız Azərbaycan dilində tərtib etmək şərti ilə [email protected] elektron poçt ünvanının mövzu hissəsinə “IT üzrə təcrübəçi” yazaraq göndərə bilərsiniz.