“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Scrum Master vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Görəcəyiniz işlər:
- Agile proqram təminatı mühəndisliyi sahəsində komandanın uğurunu təmin etmək üçün davamlı dəstək və kouçinqin göstərilməsi
- Komanda daxilində kollektiv qərar qəbul etmə, hədəflərin qoyulması və münaqişələrin həllinə aparan müzakirələri təşkil etmək və bu proseslərin effektivliyini təmin etmək
- Lazım olduqda komanda işində yaranan riskləri və xarici asılılıqları aktiv şəkildə idarə etmək, çətinlikləri aradan qaldırmaq və ya onların aradan qaldırılmasını təşkil etmək
- Qarşılıqlı etibarlı və təhlükəsiz komanda mühiti yaratmaq üçün Scrum komandası daxilində açıq ünsiyyəti mümkün edəcək müvafiq vasitələrin (məsələn, tracker lövhələri, JIRA) yaradılması və saxlanması üçün cavabdeh olmaq
- Davamlı olaraq nəticələr üçün komandanın birgə öhdəlik götürməsini təmin etmək və məhsuldarlıq məsələlərini həll etməklə komandanın performansını yaxşılaşdırmağa çalışmaq
Bizim üçün ideal namizəd:
- Scrum metodologiyasının biznes kontekstində tətbiqi sahəsində minimum 3 illik iş təcrübəsi olan;
- Scrum metodologiyasının tətbiq olunduğu və sizin Scrum Master rolunda olduğunuz uğurla yekunlaşmış ən azı bir layihəsi olan;
- Proqram təminatlarının mühəndisliyi və ya Layihələrin idarə olunması sahəsində təcrübə daxil olmaqla uğurla yekunlaşdırılmış 3 texniki layihəsi olan;
- Proqram tərtibatı və mühəndisliyi sahəsində ümumi təcrübəsi olan;
- Certified Scrum Master sertifikasiyası (CSM) olan (arzuolunandır);
- Yüksək motivasiyalı təşəbbüskar və eyni zamanda professional yanaşmalı komanda oyunçusu olan;
- Agile (çevik) proqram təminatlarının hazırlanması prosesi sahəsində bilikləri (məsələn, XP, Kanban, Scrum) olan;
- Geniş yayılmış və effektiv Agile üsullarını bilən: İstifadəçi hekayələri, Test-əsaslı mühəndislik, Davamlı inteqrasiya, Davamlı testinq, Cüt proqramlaşdırma, Avtomatlaşdırılmış testinq, Agile Oyunları və s.
- Komandanın istifadə etdiyi texnologiyalar barədə tətbiq oluna biləcək bilikləri olan;
- Agile mühitində tətbiq olunan digər geniş yayılmış üsullar və nümunələr ilə yaxından tanışlığı olan (məsələn, Burndown diaqramı, müxtəlif Retrospektiv formatları, qüsurların idarə olunması və s.)
- Konstruktiv ünsiyyət və mentorluq bacarıqları olan bir şəxsdir
Axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 22.05.2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Scrum Master” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az