“Azərikard” MMC partnyorların cəlb olunması üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
• Partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
• Potensial müştərilərə məhsullar barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
• Məhsulları əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili və qiymətləndirilməsi;
• Potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
• Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması.
Tələblər:
• Ali I təhsil;
• Yaş: 25-35;
• Xoş görünüş və komanda tərkibində işləmək bacarığı;
• Yüksək ünsiyyətqurma və təqdimetmə bacarığı;
• Operativ, məsuliyyət, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
• Əla səviyyədə Azərbaycan və Rus dili biliyi (ingilis dili biliyi arzuolunandır);
• Proqram təminatı: Excel və PowerPoint qabaqcıl bilikləri;
• İş təcrübəsi: ən azı 2 il - korporativ satışda.
Namizədlərdən CV-ni “Partnyorların cəlb olunması üzrə mütəxəssis” mövzusu ilə [email protected] ünvanına göndərmək xahiş olunur.
Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.