VAKANSİYA

24 Aprel

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“ABB” ASC  Məlumat mərkəzi şöbəsinin mütəxəssisi (Call Center operator) vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi sağlamlaşdırma prosesində Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

Görəcəyiniz işlər:

  • Müştəri tərəfindən gələn müraciətləri qəbul etmək və sualları cavablandırmaq;
  • Bankın ən son yenilikləri və kampaniyaları haqqında məlumatlar vermək;
  • Müştərinin təklif və iradlarını qəbul edərək lazımı strukturlara yönləndirmək;
  • Qarşıya çıxmış problemin operativ həlli məqsədilə, müştərini aidiyyatı struktur və şəxslərlə əlaqələndirmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli
  • Azərbaycan, rus və ingilis dillərini mükəmməl bilən ;
  • MS Excel, Word və Outlook proqramları ilə əla səviyyədə işləmək qabiliyyəti olan;
  • Ünsiyyətçilik və səlis danışıq səriştəsi olan;
  • Komandada işləmək bacarığı olan ;
  • Analitik zəka, müştərilərlə yüksək səviyyədi işləmək motivasiyası olan şəxsdir.

Bu iş sizə nələri qazandıracaq:

  • Bank sahəsində  iş proseslərini və bank xidmətlərini dərindən öyrənmək imkanı;
  • Müvafiq sahədə potensialınızı reallaşdırmaq imkanı;
  • Dil biliklərinizi inkişaf etdirmək imkanı;
  • Zəngin təcrübə qazanmaq və fərdi inkişaf imkanı;
  • Peşəkar sahədə geniş əlaqələr qurmaq imkanı;
  • Yüksək şəxsi və peşəkar keyfiyyətlərə malik  komandanın bir üzvü olmaq.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi 15 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Məlumat mərkəzi şöbəsinə mütəxəssis (Call Center operator)” şəklində göstərilməsi xahiş edilir.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq.

Əlavə məlumat üçün: www.ibar.az