VAKANSİYA

23 Aprel

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

Azərbaycan Beynəlxalq Bankı Partnyorlarla iş departamentinin Ekvayrinq biznesinə dəstək şöbəsinə hesabatlıq üzrə mütəxəssis/ aparıcı mütəxəssis / baş mütəxəssis vakansiyası elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Komanda ruhunun gücünü hiss etmək, öz potensialınızı belə bir mühitdə reallaşdırmaq, daim öyrənərək biliklərinizi başqaları ilə də paylaşmaq və layiq olduqlarınızı əldə etmək üçün Sizi Azərbaycan Beynəlxalq Bankının yaratdığı bu imkandan faydalanmağa çağırırıq.

 Görəcəyiniz işlər:

  • Departamentin strateji planının hazırlanmasında iştirak etmək;
  •  Partnyorlarla marketinq planının hazırlanmasında iştirak etmək;
  • Ekvayrinq bazarının araşdırılması və müvafiq təhlillərin aparılması;
  • Potensial müştərilər və seqmentlər üzrə təhlilllərin aparılması;
  • Məhsullar, biznes vahidləri və regionlar üzrə təhlillərin aparılması;
  •  Rəqabət mühitinin, rəqiblərin marketinq fəaliyyətinin təhlili;
  • Ölkə iqtisadiyyatının təhlili və onun ekvayrinq fəaliyyətinə təsirinin müəyyən edilməsi;
  • Müvafiq təhlil hesabatlarının hazırlanması və təqdim edilməsi;
  •  Mövcud məhsul və xidmətlərin təkmilləşdirilməsi və yeni məhsulların bazara çıxarılması ilə bağlı müvafiq təhlillərin həyata keçirilməsi;
  •  Partnyorlarla marketinq fəaliyyətinin kompleks təhlili və qiymətləndirilməsi üzrə təkliflərin verilməsi;
  • Departamentin digər bölmələri və əməkdaşları ilə koordinasiyalı şəkildə işləmək.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli ( İqtisadiyyat, maliyyə/kredit, statistika ixtisasları arzu olunandır);
  • Analitik iş (biznes-təhqiqat, hesabatların tərtib olunması, statistikanın hazırlanması, planlama və s.) sahəsində ən az 3 il iş təcrübəsinə malik olan;
  • İnduktiv və Analtiki Təhlil bacarığı olan;
  • Təqdimat bacarığı olan;
  • Bank qanunvericiliyi və bank əməliyyatlarına dair ümumi bilikləri olan;
  •  Analitik və məntiqi təfəkkür, problemləri həll etmək, analitik mühakimə yürütmək və əsaslandırmaq, problemə müxtəlif kontekstlərdən baxmaq və həll etmək bacarığı olan; 
  • Ofis proqramlarında, xüsusi ilə yüksək Excell və PowerPoint  biliklər olan;
  • İri həcmli məlumatları emal və təhlil etmək, strukturlaşdırmaq, öz fikirlərini aydın, yazılı şəkildə çatdırmaq bacarığı olan;
  • IT sahəsində nəzəri biliklərə malik olan;
  • Azərbaycan dili yüksək səviyyədə bilən şəxsdir. Rus dili (üstünlükdür);

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq;

Əgər axtardığımız ideal  namizəd sizsinizsə CV-nizi  [email protected]  elektron ünvanına 15.05.2020 tarixinədək göndərə bilərsiniz.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Ekvayrinq biznesinə dəstək şöbəsininə hesabatlıq üzrə mütəxəssis şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.