"FAB Boya və Kimya Sənayesi" MMC satış məsləhətçisi vəzifəsinə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Şöbənin fasiləsiz satış işini təmin etməlidir;
- Müştərilərlə gülərüz, mehriban olmalı, alıcılarla nəzakətli rəftar etməli, onların məhsullarla ətraflı tanış olmasına şərait yaratmalıdır
- Şöbəni təmiz və səliqəli saxlamalı, hər gün satışdan əvvəl malların tam yoxlanışını (adlar, qiymətlər, malın xarici görünüşü, son istifadə tarixi və s.) keçirməlidir
- Malları vitrin və ya rəflərə səliqəli düzməli, əlavə vasitə və avadanlıqların yerində olub-olmamasını yoxlamalıdır
- Qiymət etiketlərinin qiymət cədvəlinə uyğunluğuna nəzarət etməli, bütün malların qiymətinin yerində olmasından və düzgünlüyündən cavabdehdir;
- Ona təhkim olunan şöbələrdə satış mallarının səliqəli düzülməsinə, tarix kontroluna və inventarlarının keçirilməsinə cavabdehdir;
- Satış apararkən daim düzülüşü yeniləməli, vitrin boşluqlarını aradan qaldırmalıdır;
- Anbardan malları qəbul edərkən onların tamlığına ,qablaşdırılmasına, qiymət dəyişikliyinin olub-olmamasına nəzarət etməli və təmizləməlidir;
- İş zamanı təsdiqlənmiş iş uniformasında olmalı, xarici görünüşünə, şəxsi gigiyenasına fikir verməlidir və iş saatlarında ona verilən yaxa kartını daim üzərində görünəcək vəziyyətdə saxlamalıdır.
Tələblər:
- Müvafiq sahə üzrə 1-3 il iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili-Səlis (Rus dili arzuolunan);
- Orta və ya ali təhsil;
- Elementar riyazi hesablamaları;
- Satış texnikası və prinsiplərini;
- İşgüzar ünsiyyət və davranış etiketi qaydalarını bilməlidir.
Qeyd edilən tələblərə uyğun olan namizədlərdən şəkilli “CV”-lərini mövzu yerində “Satış məsləhətçisi” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur.