"Azersun Holdinq" Məhsul inkişaf etdirmə üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.
Namizədə aid tələblər:
• Ali təhsili Kimya,Kimya mühəndisliyi və ya Qida mühəndisliyi sahəsində olmalı;
• Laboratoriya analiz metodlarını bilməli;
• Ofis proqramlarını (MS Word, MS Excel) bilməli;
• İngilis və Rus dillərini bilməli;
• Səyahətlərlə bağlı məhdudiyyətləri olmamalı;
• Məsul olduğu məhsulu inkişaf etdirmə fəaliyyətləri ilə bağlı Azərbaycan və dünya standartlarını bilməli;
• Qida kimyası, qida mikrobiyologiyası və qida analizləri ilə bağlı məlumata sahib olmalı;
• Qida-istehsalat mərhələləri ilə bağlı məlumata sahib olmalı;
• Qida istehsalat maşınları ilə bağlı məlumata sahib olmalı;
• İşçi sağlamlığı, iş və iş təhlükəsizliyi qaydalarını bilməli;
• Qida istehsalında xam maddə və qatqı maddələrinin xüsusiyyətləri və qida istehsalındakı funksiyaları ilə bağlı məlumata sahib olmalıdır.
İş haqqında məlumat:
• Məhsulun resepturasını hazırlayaraq xərc təhlilini aparmaq;
• Mövcud məhsullarda xammal və qatqı dəyişikliklərini etmək;
• Xammal və qatqı maddələri üzrə araşdırma etmək;
• Dövri hesabatların hazırlanması.
• Sınaq istehsallarının planlanması.
İş yeri: Bakı Qida və Yağ fabriki.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Məhsul inkişaf etdirmə üzrə mütəxəssis” başlığı ilə) göndərə bilərlər.