VAKANSİYA

15 Aprel

"PASHA Life" işçi axtarır – VAKANSİYA

Vakansiya haqqında məlumat:

Struktur bölmə: Mühasibatlıq şöbəsi
Vəzifə: Kiçik mütəxəssis - mühasib
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi): 09:00-18:00
Son müraciət tarixi: 19 aprel 2020-ci il

Əsas vəzifə öhdəlikləri:

1. Müxtəlif sığorta növləri üzrə sığorta haqlarının mühasibatlıq sistemində düzgün əks olunmasını təmin etmək;
2. Ödəniş tapşırıqları və digər ödəniş sənədlərinin hazırlanması;
3. Müxtəlif şöbələr, banklar və digər şirkətlər tərəfindən gələn sorğuları araşdırmaq və cavablandırmaq;
4. Banklarda olan cari, depozit, kart hesablarının çıxarışlarını toplamaq və məlumatları mühasibatlıq proqramına daxil etmək;
5. Bank çıxarışlarını və alt sənədlərini toplamaq;
6. Sənədlərin düzgün arxivləşdirilməsinə məsul olmaq;
7. Məzənnə fərqlərini hesablamaq və mühasibatlıq sistemində əks etdirmək;
8. Əsassız ödənişlər və debitorların siyahısının düzgünlüyünü nəzarətdə saxlamaq;
9. Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesablarında əks etdirmək.

Namizədə olan tələblər:

İş təcrübəsi: Tələb edilmir
Təhsili/ixtisası: Maliyyə, Mühasibatlıq və iqtisadi təhsil ixtisasları üzrə ali təhsil tələb olunur
Dil bilikləri: Azərbaycan dilini - əla, rus və ingilis dilləri - orta
Kompüter bilikləri: MS Office (Excel - əla).
Üstünlüklər: Bank və ya Sığorta şirkətlərində maliyyə sahəsində iş təcrübəsi, ACCA sertifikasiyası.
Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, komanda işi və əməkdaşlıq, biznes tərəfdaşlığı, inam yaratma, keyfiyyət yönümlülük, problem həlletmə

İmtiyazlar:

Könüllü tibbi sığorta: 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası

Digər məlumatlar:

Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri: www.pasha-life.az (+994 12) 942

Vakansiya üçün müraciət qaydası: Namizədlər //pasha-life.az/about?lang=az#career keçidindən istifadə edərək “Mühasibatlıq şöbəsinin kiçik mütəxəssisi - mühasib” vakansiyasının təsviri forması ilə tanış olub, səhifənin sonunda yerləşən “Müraciət et” bölməsindən istifadə etməklə elektron qaydada müraciət etməlidirlər.

*Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.