VAKANSİYA

13 Aprel

“Azərbaycan Beynəlxalq Bankı” işçi axtarır – VAKANSİYA

“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin  Məlumatların analitikası şöbəsinə Data üzrə baş analitik vakansiyasını elan edir.

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

  • Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
  • Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
  • Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
  • Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
  • Yüksək komanda ruhunda əməkdaşlıq;
  • Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
  • Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
  • Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;  
  • Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
  • Bankdaxili aktiv sosial həyat

Namizədin vəzifə öhdəlikləri:

  • Recommender systems, personalization, natural language processing, fraud detection, credit scoring kimi layihələrdə iştirak etmək;
  • Məlumatları toplamaq və istifadəyə yararli hala çevirmək;
  • Müştəri məhsullarında  işləyəcək analitik modellərin tətbiqini aparmaq;
  • Sürətlə inkişaf edən bir mühitdə işləmək

Namizədə olan tələblər:

  • Kompüter Elmləri, Tətbiqi Riyaziyyat, Fizika, Riyaziyyat və ya Statistika sahəsində bakalavr, magistr və ya doktor dərəcəsi olan;
  • Statistika, Xətti Cəbr və Riyazi analizin əsaslarini bilən;
  • Bank sistemləri və maliyyə üzrə baza biliklərinə sahib olan;
  • Regression, Decision trees, Random Forests, XGBoost, LightGBM, Clustering, Neural networks və s kimi məlumat modelləri haqqinda  dərin biliklərə sahib olan;
  • TensorFlow, Keras, PyTorch, Scikit-Learn, Pandas, Numpy, Jupyter texnologiyalarinda güclü bilik və təcrübəyə malik olan;
  • Data Science, Machine Learning və ya Statistics  layihələrində ən azi 3 il  təcrübəsi olan;
  • Proqramlaşdırma dillərində güclü proqramlaşdırma bacarığı olan (Python);
  • Verilənlər bazası və SQL ilə iş təcrübəsi olan;
  • Univeristetdə və ya Məktəbdə bir proqram layihəsində peşəkar təcrübə və ya açıq mənbə kontekstində proqramlaşdırma təcrübəsi olan;
  • Güclü problem həll etmə bacarıqlarını nümayiş etdirən;
  • Mükəmməl ünsiyyət və komandada iştirak bacarığı olan;
  • Computer vision biliyi olan (arzu olunandır);
  • Nitqin tanınması, təbii dilin başa düşülməsi və mətnin səsləndirilməsi sistemlərini bilən;
  • Həvəsli və müstəqil öyrənmək kimi güclü bir qabiliyyətə sahib olan birisidir

 

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  1 may  2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.

Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının (Data üzrə baş analitik”) göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.

İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

Əlavə məlumat üçün: www.ibar.az