Kapital Bank namizədləri Ağcabədi, Xəzər və Qazax şöbələrində Kiçik əməliyyatçı-kassir vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir:
Öhdəliklər
- Müştərilərə xidmət;
- Sürətli pul köçürmə əməliyyatlarının aparılması;
- Mərkəzi Bankın və Kapital Bankın daxili prosedurlarına əsasən, bank məhsullarının satışı;
- Dövlət rüsumlarının və kommunal ödənişlərin qəbulu;
- Ödəniş kartları üzrə əməliyyatların aparılması və s.
Tələblər
- Ali təhsil;
- Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
- Səlis Azərbaycan dili biliyi;
- MS Office (Word, Excel) proqramları üzrə biliklər;
- Gərgin iş qrafikində işləmək bacarığı;
- Əla ünsiyyət bacarıqları;
- Məsuliyyət, işdə dəqiqlik, düzgünlük və detallara fikir vermək qabiliyyəti.
CV-lərinizi müraciət etdiyiniz rayon/şəhəri və "Əməliyyatçı-kassir" başlığını qeyd etməklə [email protected] e-poçtuna göndərin!
Nümunə: Qazax – Əməliyyatçı-kassir