“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Full-stack Developer vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Vəzifə öhdəlikləri:
- Məhsul və dizaynla birlikdə rəqəmsal məhsulların yaradılması, çevik komandada işləmək;
- Müştərilərə və işçilərə xidmətin keyfiyyətini artıran, yaradıcı və effektiv həllərin sürətli inkişafı üçün çevik mühəndislik təcrübəsindən, proqram təminatının və veb-saytların işlənib hazırlanmasının müxtəlif texnologiyalarından istifadə etmək;
- İstifadəçilərin aydın tələblərini, prototipləri və məhsulları üçün vəzifələri və dizayn testlərini yaratmaq və məhsulu daim inkişaf etdirmək;
- Layihə rəhbərləri və dizaynerlər ilə sıx əməkdaşlıq etmək
Bilik, bacarıq və təcrübə
- Java Spring, Node kimi ən azı bir müasir proqramlaşdırma dili, JS, , C, C++, Python ilə əla proqlamlaşdırma bacarığı;
- HTML/ CSS və müasir Javascript texnologiyalarında ReactJS, AngularJS, EmberJS, Vue.js bu və s. təcrübə;
- SQL və Postgres, MySQL, MongoDB kimi ümumi verilənlər bazası texnologiyaları sahəsində təcrübə;
- Mikroservislər üçün şablon konsepsiyalar və variantlar ilə təcrübə;
- Proqram inkişafı sahəsində ən azı 2 il Agile iş təcrübəsi;
- DevOps, Docker və infrastruktur sahəsində təcrübə;
- Mocha JS, RSpec kimi ən azı bir modul test platforması ilə təcrübə
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının ”Full-stack developer” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az