“ABB” ASC Rəqəmsal innovasiyaların tətbiqi departamentinin Rəqəmsal həllərin mühəndisliyi şöbəsinə Front–end Proqramçı vakansiyasını elan edir.
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə Azərbaycan Beynəlxalq Bankı komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
Azərbaycan Beynəlxalq Bankının komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
- Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
- Beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialı reallaşdırmaq şansı;
- Rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq;
- Karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
- Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
- Əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
- Əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
- Bankdaxili aktiv sosial həyat
Vəzifə öhdəlikləri
- Komandada işləmək bacarığı;
- Ən yaxşı təcrübəyə əsaslanaraq müasir texnologiyalardan funksional veb tətbiqlərin hazırlanması;
- Back-end proqramçı ilə sıx əməkdaşlıq və APİ – lərdən istifadə;
- Unit, inteqrasiya və funksional testlərin yazılması;
- Riskləri və səmərəsiz həll yollarını aradan qaldırmaq üçün ideya və fikirlərin təhlili;
- İngilis dili (intermediate) və rus dili bilikləri (arzu olunandır)
Bilik, bacarıq və təcrübə
- Müasir JavaScript framework –lər və kitabxanalar ( Angular 2+, Rect JS) üzrə ən azı 2 il iş təcrübəsi;
- HTML, CSS (Sass), JavaScript, Jquery, EcmaScript 6, veb təhlükəsizlik üzrə biliklər;
- Dizayn proqramları (Photoshop, Figma, Sketch) üzrə iş təcrübəsi;
- Git, Github, GitLab üzrə iş təcrübəsi;
- Müasir veb proqramlaşdırma arxitekturası və “design pattern” üzrə dərin biliklər;
- Obyekt yönümlü proqramlaşdırma üzrə biliklər;
- “Agile Scrum” metodologiyası üzrə biliklər;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 1 may 2020-ci il tarixinədək [email protected] elektron ünvanına göndərə bilərlər.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Front–end Proqramçı” göstərilməsi xahiş edilir. Əks təqdirdə, müraciətiniz nəzərdən qaça bilər.
İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Əlavə məlumat üçün: www.ibar.az