“AVRORA” MMC “Təftiş üzrə Mütəxəssis” vakansiyanı açıq elan edir!
Vəzifələr:
- Təhkim olunmuş şəbəkələrin uçot məlumatlarına əsasən üzləşdirilməsi;
- Şirkətin müxtəlif strukturlarında mütəmadi olaraq yoxlamaların aparılması;
- Mağazalarda və anbarda yoxlamaların, mal (qida və qeyri qida məhsulları) sayımının və inventarlaşmanın aparılmasını təmin etmək;
- Aşkar olunmuş çatışmazlıqların aktlaşdırılması və həlli istiqamətində addımların atılması;
- Rəhbərliyin göstərişləri ilə plandan kənar audit yoxlamalarında iştirak edilməsi;
- Yoxlama məlumatlarının hesabat halına salınaraq rəhbərliyə təqdim edilməsi.
Tələblər:
- Ali (Maliyyə və ya Audit sahəsində);
- MS Ofis proqramlarında işləmək bacarığı (xüsusilə MS Excel);
- Mühasibat və audit üzrə nəzəri biliklər;
- Yaş həddi 25- 40;
- Təcrübə 1 ildən 3 ilə- dək.
İş Şərtləri:
Həftədə 5 iş günü;
İş saatları: 08:00-17:00;
Şirkət hesabına nahar;
Tibbi Sığorta ilə təminat.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Təftiş üzrə Mütəxəssis” yazaraq [email protected] ünvanına göndərmələri xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.