VAKANSİYA

19 Mart

\"Azertexnolayn\" işçi axtarır – VAKANSİYA

Azertexnolayn Texniki Avadanlıqlar Zavodunda “Elektrik montyoru” İŞÇİ AXTARIR.

Əmək funksiyası:

- Texnoloji prosesi elektrik sxemi ilə yerinə yetirir
- Müxtəlif gərginlikli elektrik maşın və aparatlarının sökülməsi, əsaslı təmiri, yığılması, qurulması və mərkəzləşdirilməsini icra edir;
- Texnoloji avadanlıqların vacib, mürəkkəb və eksperimental sxemlərinin, avtomatik xətlərin mürəkkəb elektrik sxemlərinin, elektrik aparatlarının və elektrik sxeminin sazlanması, təmiri və tənzimlənməsi, müxtəlif tipli elektrik və elektron cihazlara xidmət, onların tənzimlənməsi, sazlanmasını icra edir;
- Əsaslı təmirdən sonra müxtəlif güclü elektrik mühərriklərinin, aparatlarının və transformatorların kompleks sınağı və test edilməsində iştirak edir;
- Təmir edilmiş elektrik avadanlıqlarının istismara təhvil verilməsində iştirak edir;

Namizədə tələblər:

- Müxtəlif güclü və gərginlikli elektrik maşınların, aparatların, cihazların və avtomat xətlərinin müəyyənləşdirilməsi üsulu və qaydalarını bilməli
- İstehsalatdakı dəzgah və mexanizmlərin avtomatik idarə edilməsi prinsiplərini bilməli
- Elektrik maşın, aparat və cihazların kompleks sınağı və test edilməsi qaydalarını bilməli
- Güc qaynaqlarının, transformatorların, rele və kontaktorların və digər elektronik vasitələrin işləmə mexanizmlərini bilməli
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası bilməli
- İstehsal sahəsindı 1-3 il iş təcrübəsi

İş şərtləri

• Əmək haqqı: Razılaşma əsasında.
• İş rejimi: növbəli
• İş yeri: Sumqayıt şəhəri, Kimyaçılar küçəsi 1 (Sumqayıt şəhərində və ya yaxınlığında qalan vakantlara üstünlük veriləcək.)

Əlavə təminatlar: Nahar şirkət tərəfindən təmin edilir.

Tələblərə uyğun gələn namizədlər CV-lərini “Elektrik montyoru” başlığı altında qeyd edərək [email protected] ünvanına göndərmələri xahiş olunur