VAKANSİYA

13 Mart

\"NORM\" işçi axtarır – VAKANSİYA

Norm Sement zavodu Mexaniki Təmir üzrə Baş Mühəndis tələb olunur.

Əsas vəzifə və öhdəliklər:

- Mexaniki təmir bölməsinə aid büdcənin hazırlanması və izlənilməsi
- Mexaniki nasazlıqların aradan qaldırılması üçün tədbirlər planının hazırlanması
- Mexaniki təmir işlərinin tədbirlər planına əsasən tam yerinə yetirilməsinə nəzarət
- Bölmənin illik işçi ehtiyacının müəyyən edilməsi
- Mexaniki təmir ilə əlaqədar müxtəlif təlim materiallarının hazırlanması, işçi heyətinə təlim keçirilməsi, bölmənin işçilərin illik təlim ehtiyaclarının müəyyən edilməsi
- Mexaniki təmir ilə əlaqəli hesabatların hazırlanması
- Anidən yaranan mexaniki nasazlıqların müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılması
- Qeyri-standart/cizgisi olmayan ehtiyat hissələrin müəyyən edilməsi və sifarişinin SAP sistemi üzərindən yaradılması
- Mexaniki təmir bölməsinə aid gündəlik texniki təmir qrafikinin və siyahısının qurğular dayandırılmazdan əvvəl hazırlanması
- Planlama şöbəsi ilə əməkdaşlıq
- texniki təmir sisteminin yaradılması üçün texniki təmir heyətinə yardım
- mexaniki qurğuların təmiri üzrə qeydiyyatların mütəmadi aparılmasının təmin edilməsi
- texniki təmir planlarının hazırlanması
- vacib ehtiyat hissələrin siyahısının tərtib edilməsi
- ehtiyat hissələrin anbardakı miqdarının optimallaşdırılması
- texniki təmir planının həyata keçirilməsi
- İri miqyaslı dayanma (illik dayanma) planının hazırlanması
- Podratçı şirkətin işçi heyətinin sayının görüləcək işlərə müvafiq olaraq təyin olunması
- Podratçı şirkətin görəcəyi mexaniki təmir işlərlə bağlı siyahının hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət

Tələblər:

Mexanika və ya maşınqayırma üzrə Mühəndislik sahəsindən ali bakalavr təhsili
MS office proqramlarından istifadə bacarığı
İngilis dili yüksək səviyyədə
Mexaniki təmir işləri və planlama üzrə 5 il iş təcrübəsi

Tələb olunan kompetensiyalar

• Müştəriyönümlülük
• Əməyin mühafizəsi qaydalarından xəbərdar olma
• Bütövlük
• Yenilikçilik

Tərcümeyi-hallarınızı [email protected] ünvanına göndərməyiniz və müraciət etdiyiniz vəzifənin adını mövzu xanasında qeyd etməyiniz xahiş olunur.
Tərcümeyi-halların təqdim olunması üçün son tarix: 25.03.2020