Veysəloğlu Hüquqşünas vəzifəsinə işçi axtarır.
İş yeri: Bakı şəhəri
İş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
Təhsil: Hüquq üzrə bakalavr dərəcəsi (magistr dərəcəsi üzrə ali təhsil və xarici universitetin diplomu olanlara üstünlük veriləcək)
Yaş həddi: 25-40
İşin təsviri:
Şirkətin strukturlarına hüquqi dəstəyin verilməsi və daxili və xarici sənədləşmələrin hüquqi baxımdan qanunvericiliyə uyğunlaşdırılması fəaliyyətlərini icra edir.
Vəzifə öhdəlikləri:
- Şirkət daxilində müqavilə sifarişçilərinə lazımi hüquqi və metodiki dəstəyin verilməsi;
- Müqavilə idarəetmə prosesinin daim təkmilləşdirilməsi;
- İş prosesində istifadə olunan bütün proqramlarda müqavilələrin tərtibatına, qeydiyyatına və digər proseslərə dair müvafiq qeydiyyatın aparılması;
- Müqavilələrin hüquqi tərəfdən yoxlanması;
- Rəhbərliyin hüquqi xarakterli digər göstərişlərini yerinə yetirmək və s.
Tələblər:
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- Qida təhlükəsizliyi sahəsində yüksək nəzəri və praktik biliklərə malik olmalı:
- Dövlət orqanları ilə iş və məhkəmə işlərinin aparılması qaydalarını bilməli;
- AR-nın qanunlarını, mülki, mülki prosessual, inzibati , inzibati prosessual qanunvericiliyi, icra haqqında qanunu, əmək qanunvericiliyini və beynəlxalq qanunvericiliyi yüksək səviyyədə bilməli;
- Azərbaycan, rus və ingilis dillərində yazılı və şifahi ünsiyyət bacarığı;
- MS Office proqramından sərbəst istifadə etmək bacarığı;
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Xüsusi Tələblər
Dürüst və vicdanlı olmalıdır, məntiq və hüquqi analiz qabiliyyətinin yüksək olmalıdır;
Yazı və nitq (natiqlik) qabiliyyətinin yüksək olmalıdır;
İş ilə bağlı ölkə daxilində və xaricində ezamiyyətə gedə bilməlidir.
Təminatlar:
- Nahar ilə təmin edilmə;
- Endirimli tibb xidməti;
- 5 günlük iş qrafiki;
- Əmək müqaviləsi.
Müraciət qaydaları: [email protected] elektron poçt ünvanına mövzu hissədə vəzifə adını “Hüquqşünas” yazmaqla müraciət edilir.