VAKANSİYA

03 Mart

\"CinemaPlus\" işçi axtarır – VAKANSİYA

“CINEMA PLUS” MMC “Hüquqşünas” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəlikləri:

• Hüquqi xarakterli sənədlərin hazırlanması (müqavilələr, əmrlər, memorandumlar və s.);
• Şirkətin məhkəmədə təmsil edilməsi, məhkəmələrin qərarlarının icrasının təmin edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
• Müqavilə, maliyyə və əmək intizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
• Şirkətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavabların hazırlanması;
• Şirkətin fəaliyyəti ilə bağlı imzalanan bütün əqdlərin, o cümlədən, beynəlxalq müqavilələrin və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək;
• Təsisçi və Müşahidə (Diretorlar) Şurasının qərarlarının, şirkət üzrə əmr və sərəncamlarını hazırlamaq və hüquqi ekspertizasını həyata keçirmək;
• Hüquqi sorğulara cavabların hazırlanmasında iştirak etmək;
• Şirkətin bütün struktur bölmələrində mövcud olan hüquqi problemlərin yerində araşdırılması və işçilərin təlimatlandırılmasında iştirak etmək;
• Dövlət orqanları və hüquq mühafizə orqanları ilə əməkdaşlıqda Şirkəti təmsil etmək;
• Qanunvericiliyə dair hüquqi araşdırmanın həyata keçirilməsi;
• Mübahisələr ilə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
• Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
• Rəhbərliyin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.

Namizədlərə tələblər:

• Yaş: 25-55;
• Ali hüquq təhsili ( magistr dərəcəsinin olması arzuolunandır);
• Azərbaycan və Rus dillərini əla səviyyədə bilməli (İngilis dili bilən namizədlərə üstünlük verilir);
• Mülki, iqtisadi və inzibati işlər üzrə məhkəmələrdə minimum 5(beş) il iş təcrübəsi;
• Təzyiq altında işləmək və stres vəziyyətlərdə qərar qəbul etmək bacarığı;
• Məsuliyyət, dürüstlük, dəqiqlik və etibarlılıq;
• Məxfilik, təhlil etmək, ünsiyyət bacarığı, vaxtın idarə edilməsi, komandada işləyə bilmək bacarıqların olması.

Xahiş edirik, vəzifə ilə maraqlanan şəxslər (namizədlər) öz tərcümeyi-hallarını (CV) "mövzu" yerinə "Hüquqşünas" qeyd etməklə [email protected] elektron poçt ünvanına göndərsinlər.