VAKANSİYA

11 Fevral

"Azersun Holding" işçi axtarır – VAKANSİYA

Azersun Holding Kateqoriya Meneceri (Bazarstore) vəzifəsinə işçi axtarır.

Namizədə aid tələblər

• Ali təhsil (menecment, iqtisadiyyat, marketinq sahəsində);
• Müvafiq sahədə 3 il iş təcrübəsi;
• Ünsiyyət qurabilmə, azərbaycan dilində səlist danışıq bacarığı olmalı;
• Bazar qiymətləri, rəqabətcilik haqqında məlumatlı olmalı;
• Bakının fərqli bölgələrindəki marketləri və müştəri profillərini yaxşı bilməli;
• Rus və ingilis dillərini yaxşı səviyyədə bilməli;
• MS Office (xüsusən Excel) proqramlarını əla səviyyədə bilməli;
• Səliqəli xarici görünüşlü, prezentabl olmalı.

İş haqqında məlumat

• Satış analizləri və bazar araşdırmalarının həyata keçirilməsi;
• Bazarda olan məhsulların çeşid və keyfiyyəti haqqında araşdırmaların aparılması;
• Marketlərlə promo-aksiyalarla bağlı işlərin aparılması;
• Məhsul seçimi və qiymət məsələləri ilə bağlı müvafiq şirkətlərlə görüşmələrin aparılması;
• Endirim kataloqlarının planlanması;
• Qida kateqoriyalarda yeni trendlərin araşdırılması.

Çalışma qrafiki:

Həftəiçi 5 gün, saat 09:00-18:00.

İş Yeri:

Bakı şəhəri.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına (“Kateqoriya Meneceri (Bazarstore)” başlığı ilə) göndərə və ya www.azersunhr.com portalında vakansiyaya müraciət edə bilərlər.

Son müraciət tarixi 2020-03-06.